Füzulidə “qızın üç adaxlısı” var: İCRA BAŞÇISININ NÖVBƏTİ FIRILDAĞI

12-04-2016, 12:47 678 dəfə baxılıb

Füzulidə “qızın üç adaxlısı” var: İCRA BAŞÇISININ NÖVBƏTİ FIRILDAĞI












Ali Alıyev baş həkim postunu Natiq Şükürova 135 min manata satıb, köməkçisinin yoldaşına isə söz verib ki, onu da eyni posta təyin edəcək

Füzulinin icra başçısı Alı Alıyevin daha bir maxinasiyasının üstü açılıb. İcra başçısı uzun müddətdən bəri kadrı olan və özü tərəfindən təyin etdiyi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyevi işdən çıxarıb.

Sayt yazır ki, rayonda 10-15 gün əvvəl işdən çıxardığı Soltan Əliyevlə bağlı sözün həqiqi mənasında skandal yaşanıb. Həmin məlumata görə, Alı Alıyev Soltan Əliyevin yerinə Füzuli şəhər poliklinkasının rəhbəri Natiq Şükürovu daxili əmrlə baş həkimin səlahiyyətlərinin icraçısı təyin edib. “Qeyd edilir ki, Füzulinin icra başçısı Natiq Şükürova söz verib ki, cəbhədə vəziyyət səngiyən kimi, onun baş həkim kimi təyinatını təsdiqləyəcək. Bunun müqabilində isə ondan 135 min manat aldığı iddia edilir”.

Sonolay.org yazır ki, Alı Alıyevin maxinasiyasının üstü çox keçmədən açılıb. “Məlum olub ki, Soltan Əliyev işdən çıxarılmasına etiraz edərək, icra başçısının korrupsiya əməllərindən yuxarı dairələrə şikayət edib. Nəticədə, yuxarı dairələr Alı Alıyevə barmaq silkələyərək, ondan keçmiş baş həkimi yerinə qaytarmağı tələb ediblər. Mənbənin iddiasına görə, səhiyyə naziri Oqtay Şirəliyev də məsələdən xəbərdar olub. Və nazirlikdən icra başçısına telefon açaraq, özbaşınalıqlara son qoymasını tələb ediblər. Soltan Əliyevin vəzifəsinə qaytarılmasını tələb edən nazirlik icra başçısına bir daha belə yanlış işlərə yol verməməsi barədə xəbərdarlıq da ediblər”.

Sayt qeyd edir k, məsələnin üstü açıldıqdan sonra Natiq Şükürov da əl-ayağa düşüb. “Ortada 135 min manatın müzakirə mövzusu olduğu məsələdə baş həkimin səlahiyyətlərinin icraçısı həmin pulu necə geri qaytatdıra biləcəyini düşünür. Alı Alıyevdən həmin pulu almağın qeyri-mümkünlüyünün də fərqinə varan sözügedən şəxsin tək çıxış yolu isə yuxarı dairələrə şikayət etməsidir”.

“Sonolay” yaydığı məlumatda daha bir ilginc məqama toxunub. Belə ki, Alı Alıyevin daha bir fırıldağının üstün açılıb. “İcra başçısının köməkçisi kimi təqdim olunan Zaur Nəsirov, əslində, bu vəzifədə əyləşmir. Onun işi icra başçısına çay aparmaqdan ibarətdir. Üstəlik, Füzulinin icra başçısı çaydaşıyanına da söz verib ki, onun həyat yoldaşını baş həkim təyin edəcək. Qeyd edək ki, Zaur Nəsirovun həyat yoldaşı Sevinc Nəsirova Füzuli Mərkəzi Xəstəxanasında baş həkimin müavini işləyir. Amma bu plan da baş tutmayacaq. Çünki Soltan Əliyev yenidən yerinə qayıtmağa hazırlaşır”. Sonolay.org

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR