Məhərrəm Quliyev ortalığı qarışdırdı, camaat Bakıya axışır - təfsilat

23-05-2016, 12:18 643 dəfə baxılıb

Məhərrəm Quliyev ortalığı qarışdırdı, camaat Bakıya axışır - təfsilat












Ağstafanın icra başçısının özbaşınalığı əhalinin qəzəbinə səbəb olub, insanlar Prezident Admnistrasiyasının qarşısında toplaşmaq qərarı veriblər

Ağstafada dözülməz vəziyyət yaranıb. Rayonun icra başçısı Məhərrəm Quliyev artıq idarəçiliyi itirib. Rayonun nəzarətdən çıxması, məmurların özbaşınalıqlarının pik həddə çatması sıradan bir hala çevrilib. İnsanların şikayətlərinə baxılmaması isə narazılığı daha da artırmaqdadır.

Qeyd edək ki, Ağstafa rayonu Ermənistanla sərhəddir və hər səhər Müdafiə Nazirliyinin yaydığı məlumatlardan da məlum olur ki, rayonun bir çox kəndləri ermənilər tərəfindən atəşə tutulur. Düzdür, bütün bunlar ağstafalıları qorxutmur, əksinə, onlar mərmilərin düşə biləcəyi məsafələrdə belə əkinçiliklə məşğul olurlar.

Ağstafa əhalisi indi odla, su arasında qalıb. Bir tərəfdən ermənilərin başlarına yağdırdığı mərmilərin dərdini çəkirlər. Düzdür, Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. Və rayon camaatı Ordumuzun sayıqlığından qətiyyən bədgüman deyillər, onlara yerlə göy qədər arxayındırlar. Digər tərəfdən isə Məhərrəm Quliyevin səriştəsizliyi və özbaşınalığıyla nə edəcəklərini bilmirlər.

Qeyd edək ki, rayonda əhalinin əziyyət çəkdiyi əsas məsələlərdən biri məmurların insanları əziyyətə salmasıdır. Belə ki, hazırda rayonda bir arayışı almaq belə pulsuz başa gəlmir. Pul tələb edən dövlət qurumlarının rəhbərləri isə deyir ki, onlarlıq məsələ yoxdur. Çünki Məhərrəm Quliyev hər bir idarə və müəssisə üzərinə aylıq haqq qoyub. Həmin pulu yığıb, verməyən məmur isə işdən çıxarılacaq.

Məhərrəm Quliyev işi o həddə çatdırıb ki, Ağstafadakı bütün işlərin hamısını qohumlarına həvalə edib. Belə ki, əmiuşaqlarından tutmuş, dayıuşaqlarına qədər haması rayonda vəzifə sahibi olmasalar da, bütün vəzifə sahiblərindən daha üstün səlahiyyətlərə malikdirlər. Hətta elə hallar olur ki, bir məsələylə bağlı onların rəyi olmadan addım belə atılmır.

Rayondan verilən məlumata görə, hadisələrin belə şəkil alması artıq Ağstafa camaatının qəzəblənməsinə səbəb olub. Onlar yaşanan özbaşınalıqlardan, məmur ədalətsizliyindən və icra başçısının səhlənkarlığından ebəzərək rəsmi qurumlara şikayətlənməyə başlayıblar. Politika.Az-a verilən məlumatda vurğulanır ki, Məhərrəm Quliyevin hərəkətlərindən bezən rayon camaatı yaxın günlərdə Prezident Admnistrasiyasının qarşısına gedərək, orada etirazlarını bildirməyi düşünürlər. Çünki başqa şəkildə icra başçısıyla bacarmayacaqlarının fərqindədirlər.Politika.Az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR