Mingəçevir: baş həkimin 1, 5 milyonluq – Biznesi

26-05-2016, 13:43 831 dəfə baxılıb

Mingəçevir: baş həkimin 1, 5 milyonluq – Biznesi












Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası can alır

24saat.org-a şikayət edən yerli sakinlərin sözlərinə görə, baş həkim Yusif Quliyevin idarəçiliyi yalnız şəhər rəhbərini ürəyincədir.

Prezidentin ayırdığı 3 milyon manat vəsaitlə yüksək səviyyədə təmir səhiyyə müəssisəsinin xidməti isə yüksək məbləğdir. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası sabiq baş həkim Muxtar Paşayevin dövründən acınacaqlı durumda olub.

Mingəçevirlilər düşünürdülər ki, Yusif Quliyev xəstəxananın baş həkimi vəzifəsinə gətirildikdən sonra o, bu sahədə ciddi irəliləyişlərə imza atacaq. Amma xəstələr soğan qabığı kimi soyulur.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının 22 şöbə və 14 bölmədən ibarət olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən tibb ocağının tabeçiliyində 6 dispanser, 3 poliklinika, Rayonlararası Doğum Evi, Ana və Uşaq Müalicə Sağlamlıq Mərkəzi, Uşaq Nevroloji Sanatoriyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və s. tibb müəssisələri fəaliyyət göstərir.

Mingəçevir Şəhər Uşaq Nevroloji Sanatoriyasının da bərbad vəziyyətdə olduğunu qeyd edən mənbə bildirib ki, burada otaqlardan biri anbar kimi istifadə olunur.

Uşaq Nevroloji Sanatoriyası üçün üçün ərzaq və tibbi ləvazimatları Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından götürülür. Xəstəxanaların və sanatoriyanın ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait birbaşa Yusif Quliyevin rəhbərlik etdiyi tibb müəssisəsindən gəlir. Bildirilir ki, son 1 ildə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına ayrılan 1,5 milyonluq dərman pereparatlarının böyük bir hissəsi ayrı-ayrı apteklərdə satışa çıxarılıb. Hətta xəstəxanaya müraciət edən xəstələrə belə dərman həkimlər və tibb bağıları tərəfindən pula satılır və heç də apteklərdəki qiymətlərdən ucuz olmur.

Bundan başqa məlumatda qeyd olunur ki, Yusif Quliyev bütün cərrah-həkimlərdən aylıq «haqq» alır. Həmçinin iddia olunur ki, Baş həkim tabeçiliyində olan bütün qurumlardan ay ərzində icra hakimiyyətinin “faizini” yığır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR