Laçın təhsilində müdhiş korrupsiya – İTTİHAMLAR

3-06-2016, 13:01 517 dəfə baxılıb

 Laçın təhsilində müdhiş korrupsiya – İTTİHAMLAR












Malik Vəliyevin saxta diplomlu müəllimləri işə götürdüyü, külli miqdarda dövlət vəsaitlərini taladığı iddia olunur

Laçın təhsil şöbəsinin müdiri Malik Vəliyevin Regional Təhsil İdarəsinə müdir təyinatı alması rayonda ciddi narazılığa səbəb olub. Politika.az-a məlumat verən rayon sakinləri bildiriblər ki, onun Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd Təhsil Şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinə müdir təyin edilməsi Prezidentin korrupsiyaya qarşı mübarizə sahəsindəki siyasətinə tam ziddir.

Şikayətçilər bunu konkret faktlarla isbat etməyə hazır olduqlarını da bildirirlər. Onlar deyirlər ki, Təhsil nazirinin müavini Ceyhun Bayramov Laçın Təhsil şöbəsinin müdiri Malik Vəliyevin qeyri-qanuni əməllərinə göz yumub. «Laçın Təhsil Şöbəsində hər ayın axırı məktəb direktorlarından hesab yığılır. Şagirdlərin sayı 100-dən az olan məktəb direktorları 500 manat, çox olanlar isə 1000-1500 manat verməlidirlər. Təhsil şöbəsinin müdri Malik Vəliyev elə bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, təhsil şöbəsindən çıxmasına baxmayaraq yenədə aylıq hesabı yığlır. Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları, sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan pulu düzəldirlər».

Politika.az-a yazan şikayətçilər bildirirlər ki, evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə, 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğlələrində iştrak etdikləri aşkar olar. «Hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər. İnventarların satın alınmasına , yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına,Təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə,dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyiblər. Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib».

Daha sonra qeyd edilir: «Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa, aylıq 250-350 manat əmək haqqı adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar. Bu müəllimlər özəl müəssələrdə çalışır, sadəcə, pedaqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar. M.Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək, müsabiqəyə verməyib. Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib. Diplomu saxta olan müəllimlərdən hər tədris ilində 800 manat rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən çox diplomu saxta olan müəllim var. Diplomu olmayan, düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat rüşvət alaraq hərbi biletlə hərbi-hazırlıq müəllimi götrüb».

Politika.az-a daxil olan məktubda vurğulanır ki, hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri verməyib və müsabiqədə uğur qazanmayan namizədlərə 2500-3000 manat rüşvət alaraq satıb. «Ümumtəhsil məktəblərindəki bütün texniki ştatları direktorlar vasitəsi ilə hər birin 500 manat rüşvət alaraq satıb. Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq, ümumtəhsil məktəblərində sinif komplektləri normadan artıq saxlanılmış və hər il məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub, sinif komplektlərini 1000 manat rüşvət alaraq satıb. Təhsil haqqında qanunları pozaraq yeni işə düzəlmiş müəllimləri 3 il tamam olmadan kənar məktəblərdən mərkəzələrə 1500 manat rüşvət alaraq yerdəyişmə edib».

Şikayətçilər qeyd edirlər ki, Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. «Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən 500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir. M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib. Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar».

Şikayətçilər iddia edirlər ki, Malik Vəliyevin bu qədər arxayançılığının səbəbi güvəndiyi məmurlardır.Belə ki, onu Sumqayıtın icra başçısı Zakir Fərəcov və Salyının icra başçısı Sevindik Hətəmovun himayə etdiyi deyilir. «Bundan başqa o, Təhsil Nazirliyində əlbir olduğu şəxsə yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmağı bacarıb».


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR