Ağcabədidə yığım başladı: QİYMƏT CƏDVƏLİ

7-06-2016, 11:46 595 dəfə baxılıb

Ağcabədidə yığım başladı: QİYMƏT CƏDVƏLİ












10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev şəhər orta məktəblərindən 4-7 min manat pul tələb edir

Ötən günlərdə xəbər vermişdik ki, Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi rayon Təhsil Şöbəsində yoxlamalar aparır. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, müfəttişliyin rəisi Ədalət Nəbiyev təhsil şöbəsinin müdirindən yoxlama müqabilində pul istəyib. Ümumilikdə isə tələb olunan məbləğ 200 min manata yaxındır.
Bu gün aldığımız məlumatda isə qeyd edilir ki, Ədalət Nəbiyev artıq Ağcabədidə fəaliyyət göstərən hər bir məktəb üçün xüsusi qiymət müəyyənləşdirib. JAM.AZ-a məlumat verən mənbənin bildirdiyinə görə, 10 saylı Maliyyə Müfəttişliyinin müəyyənləşdirdiyi qiymət cədvəlinə əsasən Ağcabədi şəhər məktəblərindən 4000-5000 manat, 3 saylı Litseydən 7000 manat, 6 saylı şəhər məktəbindən isə 5000 manat pul tələb olunur. Və məsələ belə əsaslandırılır ki, həmin məktəblərdə büdcə vəsaitlərinin təyinatdan kənar xərcləyiblər və büdcəyə borc yaranıb.
Qeyd edək ki, artıq Ağcabədidə bununla bağlı ciddi narazılıq yaranıb. Direktorların müəllimlərdən həmin pulu istəməsi ciddi sıxıntıya səbəb olub. Vəziyyət o həddə çatıb ki, müəllimlər tələb olunan pulları verməkdən imtina edirlər. Hətta bununla bağlı Maliyyə Nazirliyinə və Hesablama Palatasına müraciət edərək, 10 saylı Regional Maliyyə Müfəttişliyinin fəaliyyətini yoxlanmasını tələb etməyə başlayıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR