Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri işçilərin maaşını niyə kəsib?

14-06-2016, 11:08 655 dəfə baxılıb

Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri işçilərin maaşını niyə kəsib?












Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri İlyas Səfərovla bağlı yeni məlumatlar yayılıb. AzMedia.info-ya məlumat verən mənbə iddia edir ki, müdir bütün işçilərin bir aylıq maaşını kəsib

Şirvan Meşə-Meliorasiya İdarəsinin işçiləri ötən ay maaşlarını almayıblar. İdarə müdiri İlyas Səfərov işçilərin maaşlarını toplayıb. Maaşlarını vermək isməyən işçiləri isə işdən çıxarmaqla təhdid edib. Elə buna görə də Şirvan Meşə-Meliorasiya İdarəsinin işçiləri öz halal maaşlarını lal-dinməz İlyas Səfərova veriblər.

Maraqlıdır ki, İlyas Səfərov işçilərin maaşlarını kəsməsini həmin pulları yuxarlara verəcəyi ilə izah edib. İdarə müdiri bildirib ki, baş idarədən ona belə bir tapşırıq gəlib və məcburən bu tapşırığı yerinə yetirməlidir. Bu barədə AzMedia.info saytına telefon açan bir işçi bildirib. İşçinin qeyd etdiyinə görə onlar ilk dəfədir ki, belə bir vəziyyətlə üzləşirlər.

Bizə telefon açan işçidə bu barədə bir şey bilmədiyini qeyd elədi. Bir şey dəqiqdir ki, ayda 200-250 manata çalışan işçinin bir aylıq maaşını kəsmək, üstəlik bunu rüşvət olaraq nazir səviyyəli bir məmura verəcəyini iddia etmək sözün əsl mənasında rəzalədir. İnanırıq ki, cənab Əhməd Əhmədzadə bu fakta ən qısa zamanda reaksiya verib, işçisinin özbaşınalıqlarına son qoyacaq. Əks tədqirdə təbii olaraq haqqsız yerə maaşları əllərindən alınan fəhlələrin bu pulların doğurdan da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərinə çatdırıldığı qənaəti yaranacaq.

Ümumiyyətlə İlyas Səfərovun əməlləri ilə bağlı bir çox məlumatlar mövcuddur. Bildirilir ki, Şirvan Meşə-Meliorasiya İdarəsi milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi rəsmi orqanlardan birinə çevirilib. Mediada yayılan məlumatlarda qeyd olunur ki, idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Şirvan Meşə-Meliorasiya İdarəsinin özünə qaytarılır. Bundan başqa, İlyas Səfərovun digər gəlir mənbəyi kimi isə idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi göstərilir İcarəyə verilən texnikaların hesabına böyük pullar qazanır.

Həmçinin İlyas Səfərovun Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərlə bağlı da məlumatlar var. İddialara görə, o, Qarabağ kanalına qanunsuz yolla atılan boru xətlərindən 200 min manatdan çox gəlir əldə edib. Həmçinin həmin idarədə 100-ə yaxın işçinin sadəcə adının olması ay ərzində İlyas Səfərova əlavə 15-20 min manat qazanc gətirib. Bu gün isə o, bir zamanlar Yuxarı Qarabağ Kanalı İdarəsində yol verdiyi nöqsanları Şirvan Meşə-Meliorasiya İdarəsində təkrarlayır və bu yolla kapitalını daha da artırır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR