Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində tender əməliyyatları – ŞOK FAKTLAR

13-07-2016, 13:02 543 dəfə baxılıb

Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində tender əməliyyatları – ŞOK FAKTLAR











Şöbə müdiri Toğrul Cavadov büdcə vəsaitlərinə niyə ögey münasibət göstərir? Ölkəmizdə dövlət büdcəsindən ayrılan vəsaitlərin müxtəlif işlər görülməsi adı altında silinərək mənimsənilməsi artıq adi hala çevrilib. Son illər büdcədən Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrinə ayrılan yüz min manatlarla vəsaitin xərclənməsində korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur. Hətta Hesablama Palatası da son illər rayon mədəniyyət və turizm şöbələrində apardığı yoxlamalarda ciddi şəkildə maliyyə vəsaitlərinin mənimsənilməsi faktlarını üzə çıxarıb. Buna baxmayaraq, hələ də bəzi şöbələrdə problemlər qalmaqdadır. Gundelik-baku.com-a verilən bilgilərə görə, Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində də neqativ işlər cərəyan etməkdədir. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirmək istəyirik ki, Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 109 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan 16 mədəniyyət evi (1 rayon mədəniyyət evi, 1 qəsəbə mədəniyyət evi, 14 kənd mədəniyyət evi), 30 klub (25 kənd klubu, 5 şəhər klubu), 2 muzey (1 Tarix-Diyarşünaslıq vmuzeyi, 1 Heydər Əliyev muzeyi), 55 kitabxana (1 Mərkəzləşdirilmiş Kitabxana ,1 uşaq, 1 gənclər, 5 şəhər, 47 kənd kitabxanası), 1 Dövlət Kukla Teatrı, 1 kinoteatr (fəaliyyəti müvəqqəti dayandırılıb), 1 Dövlət Rəsm Qalereyası, 1 Mədəniyyət və İstirahət Parkı, salyanlıların musiqi zövqünün formalaşmasına dəstək olan 2 musiqi mərkəzi ( İncəsənət məktəbi, Yenikənd kənd musiqi məktəbi) fəaliyyət göstərir. Bütün bu müəssisələrdə 480 nəfər işçi çalışır. Bizə verilən məlumatlara görə, şöbənin müdiri Toğrul Cavadov öz maraqlarını əsas tutaraq büdcə vəsaitlərinin qəniminə çevrilib: «Salyan Mədəniyyət və Turizm Şöbəsinə hər il yüz min manatlarla vəsaitlər ayrılır. Təkcə 2014-cü ildə 258 min manat, 2015-ci ilin ilk rübündə isə 219 min manat vəsait ayrılıb. Həmin vəsvaitlər əsasən cari təmir, dəftərxana ləvazimatlarının, maşın avadanlıqların, bərk və yumşaq inventarların alınması üçün ayrılır. Bu vəsaitlər şöbədə çalışan mədəniyət işçilərinin maaşlarına və digər xərclərə aid deyil və sırf Salyan Mədəniyyət və Turizm şöbəsinin təminatına xərclənib. Lakin ayrılan vəsaitlərin yetərli hissəsi aidiyyatı işlər, avadanlıqların alınması adı altında silinib. Rayondakı xeyli sayda mədəniyyət və turizm obyeki olsa da, bunların əksəriyyəti bərbad vəziyyətdədir. Kəndlərdəki mədəniyyət evləri demək olar ki, tamamilə dağılıb, kitabxanaların isə adı var, özü yoxdur». İddialara əsasən, şöbə müdiri büdcə vəsaitlərini olmayan obyektlərin adına yazaraq, özünə götürməyi bacarır: «Toğrul Cavadov bir müddət əvvəl keçirilən tenderdə 227 min manatın sahibi olmağa nail olub. Deyilənə görə, ayrılmış pulun 13235 manatı idarənin digər xərcləri adı altında silinib. Bu «digər xərclərin» konkret olaraq nədən ibarət olduğunu isə bilən yoxdur. «Əlövsət-Ə» MMC ilə əlbir şəkildə hərəkət edən şöbə müdiri avadanlıqların satın alınması adı altında da daha 22121 manatı özünküləşdirməyə nail olub. «Şərik»lərin işləri bununla da bitməyib. Onlar bərk inventarların alınması üçün 43871 manat, yumuşaq inventarların alınması üçün isə 15 min manata yaxın pul «xərcləyiblər». Deyilənlərə görə, bu alınanlardan yalnız Toğrul Cavadov faydalana bilib. Çünki təkcə otağının mebelini dəyişdirməklə bütün prosesi yekunlaşdırıb. Salyan Mədəniyyət və Turizm Şöbəsi əsaslı təmir işlərinə 18774 manat xərclədiyi halda, cari təmir işlərinə isə 43260.52 manat sərf olunub. Şöbə müdirinin kiçik bir müəssisə üçün 19 min manatlıq dəftərxana ləvazimatı alması isə işin ağını çıxarmaqdan başqa bir şey deyil». Rayondakı mənbələrin bildirdiyinə görə, şöbə müdiri imza atdığı qeyri-qanuni işlərin sayəsində maddi durumunu xeyli yaxşılaşdırıb. Onun böyük biznes şəbəkəsinə sahib olduğu bildirilir. Bu haqda yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR