"Xəzər TV"də şok qərarlar

14-07-2016, 11:42 460 dəfə baxılıb

"Xəzər TV"də şok qərarlar











"Xəzər TV"nin rəhbərliyində dəyişikliklər edilib. Bu barədə Qaynarinfo.Az-a telekanala yaxın mənbədən məlumat verilib

Mənbə bildirir ki, "Xəzər TV"nin prezidenti Hüseyn Dinləməz işdən çıxarılandan sonra sərt qərarlar qəbul edilib. Belə ki, telekanalın Proqramlar Departamentinin müdiri Rüstəm Məmmədov və müavini Nazim Şərbətov işdən azad edilib.

Özü də onların işdən çıxarılması qərarı ənənvi formada olmayıb. Belə ki, hər iki şəxs səhər işə gələndə mühafizə xidməti onları binaya buraxmayıb və işdən çıxarıldıqlarını bildirib.

Rüstəm Məmmədovla Nazim Şərbətovun hansı səbəbdən işdən azad edilməsinin səbəbi açıqlanmır. Amma bunun telekanal rəhbərliyinin əl dəyişdirməsi ilə əlaqələndirirlər. Məlum olduğu kimi, "Xəzər TV" "fətullahçılar"ın kanalı hesab olunurdu. Amma Gülən camaatının Azərbaycandan çıxarılması prosesi başlayandan sonra telekanal da onların nəzarətindən çıxıb. Güman edilir ki, dəyişikliklər də bununla bağlıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR