Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib

4-11-2016, 00:33 624 dəfə baxılıb

Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib












3 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla Nərimanov rayon gənclərinin görüşü keçirilib.

Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Milli Məclisin deputatını və fəal gəncləri salamlamış, Rasim Musabəyovun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.

Çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Müstəqilliyimizin 25 illiyi ərzində yaradılmış ictimai-siyasi, sosial-iqtisadi və xarici siyasətindən geniş söhbət açmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.

Daha sonra Milli Məclisin deputatı gəncləri maraqlandıran sualları cavablandırıb.

Sonda Nərimanov rayon gənclərinə ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya, onların layihələrini hər zaman dəstəklədiyinə görə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunmuşdur.


Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla görüşü keçirilib


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR