Bakı Nəqliyyat Agentliyi “start” düyməsinə basdı: Nəqliyyat qoçuları yenidən iş başında

5-12-2016, 21:15 680 dəfə baxılıb

Bakı Nəqliyyat Agentliyi “start” düyməsinə basdı: Nəqliyyat qoçuları yenidən iş başında




















"Start” düyməsinə basıldı: Nəqliyyat qoçuları iş başında

Bir müddətdir gözə dəyməyən Bakı Nəqliyyat Agentliyinin müfəttişləri yenidən reydlərə başlayıblar.

Bu barədə taksi sürücüləri məlumat veriblər.

Məlumatlara görə, nazirliyinin əməkdaşları Post Patrul Xidmətinin (PPX) əməkdaşları ilə bir yerdə şəhərin müxtəlif yerlərində reydlərə başlayıblar. Nəqliyyat müfəttişləri Binəqədi rayonu "Daş Bazarı” adlanan ərazisində reydləri daha da intensivləşdiriblər.

Məlumata görə, buna səbəb adıçəkilən ərazidə yük avtomobillərin və taksi fəaliyyəti ilə məşğul olan insanların çoxluq təşkil etməsidir. Ənənəvi olaraq reydlər zamanı qarşıdurma və mübahisələr yaranıb. Sürücülərin bir çoxunun sürücülük vəsiqələri əllərindən zorla alınıb.

Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınması ilə bağlı sərəncam imzalanmışdı. Belə ki, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilmişdi.

Bundan başqa İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək Dövlət Yol Polisi tərəfindən həyata keçirilməsinə razılıq verilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR