Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçirilib

20-12-2016, 12:25 587 dəfə baxılıb

Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçirilib







Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadi İnkişaf və Sənaye, Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalın ikinci gününə şəhərin Gəncəçay park bulvarın önündən start verilib. Tədbirə Azərbaycan, Fransa, Bolqarıstan, Moldova, Gürcüstan və digər xarici ölkələrin şərab istehsalçıları, distribyuterləri və istehlakçıları qatılıblar. Burada yerli və xarici şərab istehsal edən 20-ə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilib.
Tədbirdə əvvəlcə Dədə Qorud dastanından bir parça, Qazan xanın şərab içməsi səhəsini əks etdirən meydan tamaşası göstərilib. Tamaşa festival iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanıb. Simfonik orkestrin ifasında Koroğlu uverturası, uşaq bağçaları kollektivlərinin üzüm rəqsi, cizgi filmi qəhrəmanlarının rəngarəng rəqsləri alqışlarla qarşılanıb.
Festivalda yerli və xarici istehsalçılar tərəfindən şərabçılıq məhsullarının təqdimatı olub. Eləcə də ötən gün keçirilən “2-ci Salxım Dequstasiya müsabiqəsinin" qalibləri medal və diplomlarla mükafatlandırılıb. Azərbaycan və xarici şərab istehsalçılarının stendləri ilə tanışlıqdan sonra 4-cü beynəlxalq şərab festivalının Dequstasiya müsabiqəsinin 14 qalibi qızıl, gümüş və bürünc medala layiq görülüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Fransa və digər xarici ölkələrin nümayəndələrinin iştirak etdikləri festivalın məramını diqqətə çatdırıb. O bildirib ki, festivalın əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, Azərbaycanın şərab məhsullarının xarici bazarlara çıxarılmasını dəstəkləməkdir.
Fransanın Konyak şəhərinin meri Mişel Qurinçasdan, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Varna şəhərinin meri İvan Partnix festival və ölkəmizlə bağlı yüksək məmnunluqlarını dilə gətiriblər. Onlar bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq və şərab ənənələrini qoruyub saxlamağın vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra festival iştirakçıları nümayiş etdrilən şərabların dadına baxıblar. Gəncənin “Təndir çörəyi” və yerli pendiri də şərablarla yanaşı, dequstasiyadan keçirilib. Qonaqlar müxtəlif növ üzümlərin, şirniyyatların, Azərbaycan və Gəncə mətbəxinin ləziz təamlarından dadıblar.
İştirakçılar həmçinin rəssamların əl işlərindən ibarət rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, kollektivlərin rəqs və musiqi nömrələrinə də tamaşa ediblər. Festival iştirakçıları tərəfindən qədim məişət əşyaları, Azərbaycanın adət və ənənələrini əks etdirən güşələr də maraqla qarşılanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR