“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTO

2-05-2018, 16:26 526 dəfə baxılıb

“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTO














Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Texniki Universitetinin Bakı şəhəri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədri vəziyyətlə yerindəcə tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, yataqxananın zirzəmi hissəsində yerləşən və nəmişlikdən yararsız vəziyyətə düşmüş otaqlara baş çəkib.

Görüşdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məcburi köçkünlərin problemlərinin həllinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirib.
R.Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünləri mayın 15-də Dövlət Komitəsində görüşə dəvət edib. Dövlət Komitəsinin sədri deyib ki, görüşün məqsədi məcburi köçkünlərin problemlərini daha dərindən öyrənməkdir.

“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTO“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTO“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR