Müşfiq Rəhimovun DYP-da ölülərə çəkdirdiyi imzalar, yoxsa saxtakarlıq?

31-08-2015, 10:36 888 dəfə baxılıb

Müşfiq Rəhimovun DYP-da ölülərə çəkdirdiyi imzalar, yoxsa saxtakarlıq?











Müşfiq Rəhimov dünyasını dəyişmiş şəxslərin adına olan avtomobillərin başqalarının adına keçirilməsiylə də məşğul olurmuş

BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovun daha bir «üstün» cəhəti üzə çıxıb. Sözügedən şöbənin rəisi biznes, nömrə nişanlarının satışı ilə yanaşı, dünyasını dəyişmiş şəxslərin adına olan avtomobillərin başqalarının adına keçməsi funksiyasını da həyata keçirirmiş.

Məlumatlara görə, Rəhimov dünaysını dəyişmiş şəxslərin adına olan avtomobilləri başqalarının adına sənədləşdirmək üçün heç də az məbləğ tələb etmir. Tanış adamlar üçün bu rəqəm 500-1000 manat arasındadırsa, tanış olmayanlar üçün 1500-2000 manata qədər dəyişə bilər.

Sağlığında başqasına etibarnamə ilə satılmış, lakin dünyasını dəyişdikdən sonra sənədləşdirilməsi qanunla tənzimlənən prosesin İmtahan Qeydiyyatı Şöbəsində asanlıqla reallaşdırılması qanunsuzluqdur. Belə ki, qanuna əsasən dünaysını dəyişmiş şəxsin adına olan əmlak başqasının adına keçirilə bilmək üçün onun varislərinin yazılı və notarial qaydada təsdiq olunmuş razılığı lazımdır. Amma Müşfiq Rəhimov üçün yazılı və təsdiqlənmiş razılığın heç bir əhəmiyyəti yoxdur. Önəmli olan işdən pul çıxmasıdır.

Bundan başqa, Müşfiq Rəhimov Rusiyada yaşayan şəxslərin də işlərini asanlaşdıran xidmət göstərir. Hazırda Rusiyada yaşayan, lakin avtomobili Bakıda olan şəxslər öz yaxınları vasitəsi ilə şöbə rəisinə yol taparaq, onunla anlaşma əldə edə bilirlər. Belə ki, həmin şəxslər Bakıda olmasalar belə, avtomobillərini başqalarına sata və ya onların adına etibarnamə yazdırmaq imkanına sahibdirlər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə dünyasını dəyişmiş şəxslərin adına verilmiş sənədlərin siyahısını yayımlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR