Yol polisinin "yağlı tikə"si əldən getdi : Artıq qanunsuz parklanmaya görə DYP cərimə YAZMIR

1-09-2018, 20:02 568 dəfə baxılıb

Yol polisinin "yağlı tikə"si əldən getdi : Artıq qanunsuz parklanmaya görə DYP cərimə YAZMIR



Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman artıq qüvvəyə minib.

Olaylar.az xəbər verir ki, ölkə başçısının 6 iyul tarixində verdiyi sözügedən fərmanın icrasına artıq başlanılıb. Belə ki, bir neçə gündür ki, Bakı şəhərində DYP əməkdaşları dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücülərə cərimə yazmırlar.

Bununla bağlı DYP əməkdaşlarına bir neçə gün öncə göstərişlər verilib.

Xatırladaq ki, sözügedən fəramana əsasən artıq bu cərimələrin yazılması Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətlərinə verilmişdi. Məlumata görə, BNA-nın tərkibində bu işlə bağlı işlər yekunlaşmaq üzrədir. Bir digər məlumata görə paytaxtda yeni parklanma sisteminin qurulacağı gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR