Taksidə də siqaret çəkməyə cərimə: - Bəs qadağanı pozan şəxs necə müəyyən ediləcək?

2-10-2018, 19:31 471 dəfə baxılıb

Taksidə də siqaret çəkməyə cərimə: - Bəs qadağanı pozan şəxs necə müəyyən ediləcək?



Milli Məclis taksidə də siqaret çəkməyə görə rəsmən cərimə müəyyən edir. Taksidə siqaret çəkən sürücü və ya sərnişin 40-50 manat cərimə olunacaq.

Hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, böyük ehtimalla qanun 30-40 gündən sonra qüvvəyə minəcək:

"Amma maraqlı olan həm də odur ki, buna effektiv nəzarət mümkün olacaqmı?"

Hüquqşünas "Qadağan edilmiş yerlərdə tütün çəkilməsinə şərait yaradılması" haqqında qəbul edilən qanunun maraqlı tərəfləri barədə də danışıb. Ə.Hüseynov bildirib ki, bu, olduqca mübahisəli məqamdır:

"Tütündən istifadə ilə bağlı yeni inzibati xəta və buna görə ciddi cərimə təsbit edilir. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni norma belədir: "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir".


Bu normada ifadə edilən hüquqazidd əməllər xeyli mübahisəyə yer açacaq. Məsələn, "qadağan edilmiş yerlərdə tütün çəkilməsinə şərait yaradılması" nəyi ehtiva edəcək, tutaq ki, masanın üstünə sadəcə külqabı qoymaq bu xətanı törətmək kimi sayılacaqmı və s...

İkinci əməl isə daha mücərrəddir: "Qadağan edilmiş yerlərdə tütün çəkilməsinin təklif edilməsi". Gözəl bilirik ki, təklif adətən şifahi olur və olacaq. Bəs bunu necə fiksə etmək mümkündür? Əlbəttə, qəliz məsələdir. Fikrimcə, bu xəta o halda sübut edilə biləcək ki, konkret adamın qabağına sulu qəlyan kimi nəsə bir şey qoyulsun, yaxud divarda-filanda yazı olsun ki, buyurun, siqaret çəkin.

Hər halda belə mübahisəli və mücərrəd normalara yer olmamalıdır, məncə".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR