Ağdamda əsaslı təmir olunan Bənövşələr qəsəbə körpələr evi-uşaq baxçası istifadəyə verilib

25-10-2018, 10:36 500 dəfə baxılıb

Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsaslı təmir olunan 35 uşaq yerlik olan Bənövşələr köçkün qəsəbə körpələr evi – uşaq baxçasının açılış tədbirlərində iştirak etmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərliyi, Ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər. Açılış tədbirində uşaq baxçasının rəhbərləri çıxış edərək gələn qonaqları salamlamış, ölkəmizdə təhsiləqədər müəssisələrin maddi texniki bazasının yüksəldilməsi üçün atılan addımlardan danışaraq, bütün bu görülən işlərə, yeni yeni baxçaların tikilərək istifadəyə verilməsinə görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov tədbirdə çıxış edərək, baxça əməkdaşlarını,uşaqlarıi və valideynləri təbrik edərək, onlara uğurlar arzu etmişdir. Qeyd etmişdir ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi təhsiləqədər sahəyə də daim diqqət və qayğı ilə yanaşılır. Bütün bunların nəticəsidir ki, hər gün yeni-yeni baxçalar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilir. Digər çıxış edənlər bütün bu görülən işlərə görə başda cənab prezidentimiz İlham Əliyev olmaqla rayon rəhbərliyinə öz dərin təşəkkürlərini bildirmişlər. uşaqların ifasında şeer parçaları səsləndirildikdən sonra baxçaya baxış
Keçirilmişdi.
obyektiv.info
Ağdamda əsaslı təmir olunan Bənövşələr qəsəbə körpələr evi-uşaq baxçası istifadəyə verilib
Ağdamda əsaslı təmir olunan Bənövşələr qəsəbə körpələr evi-uşaq baxçası istifadəyə verilib
Ağdamda əsaslı təmir olunan Bənövşələr qəsəbə körpələr evi-uşaq baxçası istifadəyə verilib
Ağdamda əsaslı təmir olunan Bənövşələr qəsəbə körpələr evi-uşaq baxçası istifadəyə verilib


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR