“ Azyaşlı körpələrə təcavüz edənlər axtalanmalıdır “

6-02-2019, 13:23 384 dəfə baxılıb

“ Azyaşlı körpələrə təcavüz edənlər axtalanmalıdır “

“ Mətbuatda və ya sosial şəbəkələrdə azyaşlı körpələrin təcavüz olunması xəbərini oxuduqca, dəhşətə gəlirik, sarsıntı keçirdirik. Bütün bunları oxumaq biz çox incidir.

Düşünürəm ki, bununla bağlı Milli Məclisdə qanunvericilik bazasına əlavə və dəyişikliklər olunmalıdır”- bu açıqlamanı Moderator.az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı verib.

Onun sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrində, ABŞ-da, Avropdada və digər ölkələrdə azyaşlı körpələrə qarşı analoji hadisə törədildikdə, ən ağır cəzaların tətbiqinin şahidi oluruq : “ Axtalanma. Məncə, bizim qanun da dəyişiklik olunmalıdır. Hər birimiz ürək ağrısı ilə o manyankların iyrənc cinayətinin şahidi oluruq. Bunlara 8-10 il cəza verib cəzalandırmaq, çox humanist addımdır. Mən belə düşünürəm. Bununla yanaşı bunlar axtalanmalıdırlar ki, ölənə qədər törətdikləri cinayətin məsuliyyətini unutmasınlar. Hətta ABŞ da qanunla ömürlük həbs cəzası da verilir. Xatirladıram ki, bir müddət əvvəl bizim partiyanın sədri , millət vəkili Qüdrət bəy Parlamentdə təklifi də olmuşdur. Hər halda ümid edirəm ki, yaxın zamanlarda qanunvercilik orqanın da bu məsləyə yenidən baxacaqlar. Bu körpələrimizin hansı yaşda olduğunu görəndə, insan özünə gələ bilmir. Bu, insan əməli deyil. İnsan heç zaman bunu edə bilməz...”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR