Nazim Ağayevə jurnalist jesti..-PULLAR HARA XƏRCLƏNİB

12-04-2019, 01:57 486 dəfə baxılıb

 Nazim Ağayevə jurnalist jesti..-PULLAR HARA XƏRCLƏNİB

Dünən Nazim Ağayev tərəfindən evinin naməlum şəxslərə nişan verildiyini deyən jurnalist Cəmil Məmmədli onun haqda yeni ifşaedici materiallar paylaşıb.
Azerinfo.tv həmin statusu təqdim edir:
"Bu pulları hara və necə xərcləmisən, onları da araşdırıb, nəticəni yayacam ki, səni tanısınlar...

İqtisadi İnkişaf nazirliyinin reyesrt məlumatlarına əsasən məlum olur ki, Xaçmaz rayon Mədəniyyət və Turizm İdarəsi (müdiri YAP-ın Xaçmaz rayon təşkilatının sədri nazim Ağayevdir)

2011-2015-ci illər ərzində ümumi dəyəri 2 569 185 (iki milyon beş yüz altmış doqquz min yüz səksən beş) manat olan dövlət satınalmaları həyata keçirib.
Adıçəkilən idarə:
2011-ci ildə - 403 042 (dörd yüz üç min qırx iki) manatlıq;
2012-ci ildə - 382 783 (üç yüz səksən iki min yüddi yüz səksən üç) manatlıq;
2013-cü ildə - 515 248 (beş yüz on beş min iki yüz qırx səkkiz) manatlıq;
2014-cü ildə - 751 550 (yeddi yüz əlli bir min beş yüz əlli) manatlıq;
2015-ci ildə - 516 562 (beş yüz on altı min beş yüz altmış iki) manatlıq dövlət satınalmalarını həyata keçirib.
İqtisadi İnkişaf Nazirliyinin reyestr məlumatlarından məlum olub ki, Xaçmaz Rayon Mədəniyyət və Turizm İdarəsi 2011-2015-ci illər ərzində:
- Sair xərclər maddəsi üzrə satınalamalar üçün – 436 529 (dörd yüz otuz altı min beş yüz iyirmi doqquz) manat;
- Yumşaq invertarların satın alınması üçün – 103 757 (yüz üç min yeddi yüz əlli yeddi) manat;
- Dəftərxana və təsərrüfat mallarının satın alınması üçün – 165 056 (yüz altmış beş min əlli altı) manat;
- Cari təmir işlərinin satın alınması üçün – 391 704 (üç yüz doxsan bir min yeddi yüz dörd ) manat;
- Avadanlığın satın alınması üçün – 216 556 (iki yüz on altı min beş yüz əlli altı) manat;
- Digər maşın və avadanlıqların satın alınması üçün – 300 085 (üç yüz min səksən beş) manat;
- İnventarların satın alınması üçün – 373 433 (üç yüz yetmiş üç min dörd yüz otuz üç) manat;
- Əsaslı təmir işlərinin satın alınması üçün – 168 323 (yüz altmış səkkiz min üç yüz iyirmi üç) manat;
- İdarənin digər xərcləri maddəsi üzrə satın almalar üçün – 233 095 (iki yüz otuz üç min doxsan beş) manat;
- Elektrik avadanlıqlarının satın alınması üçün – 23 840 (iyirmi üç min səkkiz yüz qırx manat);
- Neftin satın alınması üçün – 29 350 (iyirmi doqquz min üç yüz əlli manat)
- Digər alışlar və xidmətlərin satın alınması üçün – 11 000 (on bir min) manat;
- Mətbəə xidmətlərinin satın alınması üçün – 10 636 (on min altı yüz otuz altı) manat;
- Kommunal və kommunikasiya xidmətlərinin satın alınması üçün – 72 809 manat dəyərində müsabiqələr həyata keçirib."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR