NİİM: "Bütün marşrutlar saat 00:00-dək işləməlidir"

1-10-2015, 12:16 803 dəfə baxılıb

NİİM: "Bütün marşrutlar saat 00:00-dək işləməlidir"












Paytaxt sakinləri saat 22:00-dan sonra ünvan başına getməkdə böyük çətinlik çəkirlər

Buna səbəb bir çox marşrut avtobuslarının bu saatdan sonra işləməməsidir. Paytaxt sakinləri bildirirlər ki, bəzən saatlarla gözləmələrinə baxmayaraq, heç bir marşrut avtobusu gəlmir. Bu isə onları əziyyətə və əlavə xərcə salır.
Bir neçə sərnişin dayanacaqda gözləyir. Onların gözləri yolda qalıb. Buna səbəb onların bir müddətdir marşrut avtobusu gözləmələridir. Avtobusların normal iş qrafiki ilə işləməməsi sərnişinləri əziyyətə salmaqla yanaşı, onların maddi ziyan düşmələrinə də səbəb olur
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin sözçüsü Şəfa Mehmanqızı "xəzərxəbər"ə açıqlamasında bildirdi ki, Bakıda istənilən xətt üzrə marşrut avtobuslarının fəaliyyətinin gecə saat 12-dən tez dayandırılması qanuna ziddir. Belə hallara yol verən marşrut sahibləri ciddi şəkildə cəzalandırılacaqlar. O, vətəndaşlardan xahiş edib ki, gecə saat 12-dək işləməyən marşrut gördükdə 141 nömrəli "Qaynar xətt"ə zəng etsinlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR