Nə əcəb, Üzeyirə Xalq artisti adı verilməyib?

31-05-2019, 09:42 332 dəfə baxılıb

Nə əcəb, Üzeyirə Xalq artisti adı verilməyib?


“Əlbəttə ki, Ramiz Rövşənə, Musa Yaquba, Vahid Əzizə fəxri ad verilməliydi, Üzeyirə, mənə, Aygün Kazımovaya mənə yox. Çünki onlar həqiqətən də xalqın şairləridir. Hər şey yerində olanda, düzgün addım atılanda, doğru iş görüləndə Əli Mirəliyev də susur, danışmır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Ə.Mirəliyev Prezident İlham Əliyevə 3 nəfərə Xalq şairi adı verdiyinə görə minnətdarlığını bildirib:

“Vahid Əziz çox gözəl nəğməkar şairimizdir. Necə ola bilərdi ki, o, kənarda qalardı və ondan zəiflər fəxri adla təltif olunardılar?! Mən sənət adamı olaraq bilirəm ki, Vahid Əziz necə böyük nəğməkar şairdir. Ramiz Rövşən necə böyük şairdir, xalqın sevimli şairidir. Şəxsən iki nəfərə - Ramiz Rövşənə və Vahid Əzizə Xalq şairi adı verdiyinə görə Prezidentimizə təşəkkür edirəm”.

O, fəxri adların, ümumiyyətlə ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Mədəniyyət Nazirliyinə fəxri adların ləğv edilməsi əsla sərf eləməz. Çünki hər fəxri adın dalında “şirinlik” məsələsi dayanır. O şirinlikdən kim qaçar axı? Fəxri adlar olmasa, Nazirliyin işçiləri aldıqları maaşla necə dolanarlar? Mədəniyyət Nazirliyinə fəxri adların verilməsi hər mənada qazandırır. Çünki 3 nəfər layiqli şəxsə ad veriləndə, 5 nəfər də layiqsizə verdirirlər. Burdan da alver edirlər, pul qazanırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR