Ağdaşda məmurun bahalı maşını belə yandı – VİDEO

22-10-2015, 13:46 964 dəfə baxılıb

Ağdaşda məmurun bahalı maşını belə yandı – VİDEO

















Avtomobil yararsız hala düşüb

Ağdaşda məmurun bahalı avtomobili yanaraq yararsız hala düşdü.

azinfo.tv Milli.Az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdaş rayonu, Ləki qəsəbəsində, rayon mərkəzindən 15 km aralıda vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə şahidlərinin bildirdiklərinə görə isə, əslində yanan daha bahalı "Land Rover Discovery" markalı avtomobil olub. Onların sözünə görə, avtomobil qəfildən alışıb yanmağa başlayıb.

Onun söndürülməsi üçün edilən cəhdlər isə heç bir nəticə verməyib və avtomobil yararsız hala düşüb.

Yerli sakinlərin dediklərinə görə, avtomobil Ağdaşda işləyən yüksək vəzifəli məmurlardan birinə məxsusdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR