Gəncədəki dindarların aksiyasının görüntüsü yayıldı-VİDEO
Gəncədə Tasua yürüşünə çıxan inanclı insanlar saxlanılıb. Bu barədə AzadXeber.az saytının hadisə yerində olan müxbiri xəbər verib. Məlumata görə, Tasua yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir.