Qarabağ Bölgəsində şıdırğı ev alveri

30-10-2015, 13:45 933 dəfə baxılıb

Qarabağ Bölgəsində şıdırğı ev alveri












“Qaçqınkom”un Bərdə nümayəndəliyinini rəhbəri Sərdar Zeynalov qaçqınlara çatacaq evləri satmaqla məşğuldur

Hələ bir müddət əvvəl Bərdə və Mingəçevirdə bir qrup məcburi köçkün ailələri etiraz aksiyası keçirərək, tikilərək istifadəyə verilmiş binalardan mənzil tələb edirdilər. Redaksiyamız xəbər verir ki, bu tələb də səbəbsiz deyildi.

Çünki etiraza qalxanlar uzun illərdən bəri mənzil növbəsində olan qaçqın ailələri idilər. Amma Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyi elə bir oyun çıxarıb ki, nə məcburi köçkünə ev var, nə də özünü mədəni bir yerdə hiss edə bilirsən.

Redaksiyamız xəbər verir ki, «Qaçqınkom»un Bərdə Nümayəndəliyində də vəziyyət biabırçı şəkil alıb. Burada da qaçqın ailələrinin mənzil alması Qiyamətə qalıb. Ona görə ki, nümayəndəliyin rəhbəri Sərdar Zeynalov açıq bazar açıb. Pulu olan gəlsin, olmayana qapı belə açmazlar.

Məlumatlarda qeyd edilir ki, Zeynalovun xüsusi adamları qaçqın ailələri ilə danışıqlara gedərək, onlarla anlaşır. Düzdür, burada bir mənzil üçün 15-20 min manat istənilmir. Amma hər mənzil üçün 3-5 min manatın alındığı inkar olunmur. Bu isə təkcə Bərdədəki qaçqın şəhərciyindəki evlərin sayına vurularsa, milyonlarla manat deməkdir.

Redaksiyamız xəbər verir ki, Sərdar Zeynalov yerli məmurlara və ya onların qohumlarına mənzilləri satmağa daha çox üstünlük verir. Elə bu səbəbdəndir ki, Qarabağ bölgəsində «Qaçqınkom»dan mənzil almış məmurların sayı 50 nəfəri keçib. Onların arasında icra başçısının müavinindən tutmuş, MTN-in şöbə rəisinə qədər hər kəs var.

Bəzi iddialara görə, Sərdar Zeynalov mənzil satışından əldə etdiyi külli miqdarda vəsait hesabına özünə geniş imkanlar yaradıb. Bəzi bilgilərə görə, onun Bərdə və Bakıda villaları peyda olub. Hətta onun xaricdə də özünə əmlak almaq fikrində olduğunu deyənlər var.

Redaksiyamıza verilən məlumatlarda Sərdar Zeynalovun bu prosesdə təkbaşına olmadığı bildirilir. Qeyd edilir ki, onunla yanaşı oğlu İlham Zeynalov da alqı-satqı işlərində çox fəaldır. Bildirilir ki, İlham Zeynalov bu yaxınlara qədər qaçqın Şəhərciyinin «JEK» müdiri işləyib. Amma bir neçə gün əvvəl «Qaçqınkom»un sədri Əli Həsənovun təlimatı ilə işdən çıxarılıb.

Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR