“Deyirlər intim səhnələr və öpüşmə var?”

25-10-2019, 22:07 327 dəfə baxılıb

“Deyirlər intim səhnələr və öpüşmə var?”

Rəqqasə, aktrisa Oksana Rəsulova yeni filmi "Sevgi romanı"ı haqda danışıb.

Aktrisa insanların ona ekran işi ilə bağlı ünvanladığı suallar barədə fikirlərini bölüşüb. O, "Faydalı saat" verilişində bildirib ki, ilk növbədə hər kəs ondan açıq-saçıq görüntülər gözləyir:

"Filmin posteri çıxıb. Baş rol Şəhriyarla mənəm deyə, posterdə ikimizin şəkli var. Məndən soruşurlar ki, intim və öpüş səhnələri var? Niyə görə insanlarda belə şeylər bu qədər maraq yaradır? Məndən öpüşmək gözləyirlər".

Şəhriyar Əbilov isə "Yəqin ki, bunu söruşanların ehtiyacları var. Bu filmdə Azərbaycan müasir filmlərində çatışmayan çox yaxşı cəhətlər var. Ehtiras, sevgi, sevdiyi insana görə çox çətin yoldan keçən personaj, xəyanətə görə üz döndərib qaçanlar yer alıb" deyə, ona cavab verib.azfakt.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR