Xanımı Elçin Əlibəylini döyməsindən DANIŞDI

19-11-2019, 18:26 364 dəfə baxılıb

Xanımı Elçin Əlibəylini döyməsindən DANIŞDI

Tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilib.
Məşhur teleaparıcının Publika.az-a danışan həyat yoldaşı Dilruba Vaqifzadə xəbərin yalan olduğunu deyib:
"Yalan məlumatdır. Kampaniyadı da qurublar, təbii ki, elə bir şey yoxdur. Boş-boş xəbərlərdir. Bu xəbəri yayanları məhkəməyə verəcəm. Ciddi şəkildə təxribat gedir. Bu qədər qara piar olmaz".
Xatırladaq ki, bu barədə xəbəri Oxu.az yayıb. İddia olunub ki, xəbər onlara hüquq-mühafizə orqanlarından daxil olub.
Qeyd olunub ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR