ŞOK: Qusar sakini Ziya Məmmədovun qardaşını öldürmək istəyirmiş

5-07-2015, 13:59 1052 dəfə baxılıb

ŞOK: Qusar sakini Ziya Məmmədovun qardaşını öldürmək istəyirmiş

















İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində baş verən qətl hadisəsi ilə əlaqədar yeni və sensasion təfərrüatlar məlum olub

Virtualaz.org saytı xəbər vermişdi ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov qudasının gözətçi tərəfindən güllələnməsinin şahidi olandan sonra güclü şok keçirib və dili tutulub. Ona ilk tibbi yardım Qusar rayon Mərkəzi Xəstəxanasında göstərilib, daha sonra Bakıya gətirilib.

ANS PRESS-in əldə etdiyi son məlumatda deyilir ki, qətldən sonra vəziyyəti pisləşən Nəriman Məmmədovun səhhətində irəliləyiş olmadığı üçün onu müalicə üçün Türkiyəyə aparıblar.

Xəbər verildiyi kimi, həmin gün Çiləgir kəndində Nəriman Məmmədov qudası, iş adamı, 70 yaşlı Ramiz Vəliyevin villasında (digər məlumata görə isə nazirin qardaşının öz villasında) dincələrkən evin qarovulçusu ov tüfəngi ilə R.Vəliyevi öldürüb.

Virtualaz.org saytı bu qətlin bəzi təfərrüatları və nazirin qardaşının hadisədən şok keçirərək dilinin tutulduğu barədə məlumatları yayandan sonra Ziya Məmmədovun digər qardaşı, deputat Elton Məmmədov mətbuata açıqlamalar verərək gah bu məlumatı təkzib etməyə cəhd edib, gah da baş verənləri dolayısı ilə təsdiq edərək “mən orada olmamışam, xəbərim yoxdur” deməklə kifayətlənib.

Lakin indi ANS PRESS-in bölgə müxbiri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun villasında baş verən qətl hadisəsindən sonra şok keçirdiyini yerli mənbələrdən də təsdiqlətdirib.

Bildirilir ki, hadisədən sonra Nəriman Məmmədovun doğrudan da dili tutulub. Vəziyyəti pisləşən N.Məmmədova ilk tibbi yardım Qusar Rayon Mərkəzi Xəstəxanasında göstərilsə də sonradan onu Bakıya aparıblar. Lakin paytaxt həkimləri nazirin qardaşına köməklik edə bilməyiblər. Şokdan çıxa bilməyən N.Məmmədovu Türkiyəyə aparıblar.

Ramiz Vəliyevi öldürən 1967-ci il təvəllüdlü Eynulla Cahangir oğlu Hacıyev hadisə yerindən qaçsa da Qusar Rayon Polis Şöbəsinin əmakdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onu bir gün sonra həbs ediblər.

Rayon sakinlərinin verdiyi məlumata görə (bu məlumatları virtualaz.org saytnın Qusardakı mənbələri də təsdiq edir), qətlin törədildiyi villa Nəriman Məmmədova məxsusdur. Qətli törədən şəxsin qardaşı Şəkixan Hacıyev əvvəl bu evdə gözətçi işləyib. Lakin bir il əvvəl həmin villanın qarovulçusu üçün tikilmiş ayrıca evdə qaz sızmasından partlayış baş verdiyi üçün Şəkixan Hacıyev özü və həyat yoldaşı Maral Hacıyeva həlak olublar.

Partlayışda həlak olan Hacıyevlər ailəsinin oğlu isə 1992-ci ildə Qarabağda gedən müharibələrdə şəhid olub. Şəkixan Hacıyevin və arvadının həlak olmasından sonra Eynulla Hacıyev bu işə təyin edilib.

Qusar Rayon İcra Hakimiyyəti başçısının Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Süliddin İsgəndərovun ANS PRESS-ə verdiyi məlumata görə, Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb. Onun bacısı isə evin qulluqçusudur. S.İsgəndərov onu da qeyd edib ki, bu qətlin qisqanclıq zəminində baş verdiyinə inanmır.

Lakin hadisənin qısqanclıq zəminində baş verdiyi əsas versiyadır. Bildirilir ki, əslində Eynulla Hacıyevin məqsədi villa sahibi olan nazirin qardaşını öldürmək olub. Lakin səhvən onun qudası Ramiz Vəliyevi öldürüb. Buna səbəb isə nazirin qardaşının evin qulluqçusu ilə intim münasibəti olub və qətl də məhz bu səbəbdən - namus üstündə törədilib.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov faktı təsdiqləsə də istintaq davam etdiyi üçün əlavə heç bir məlumat verilmədi. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb. Lazımi məlumatlar istintaq başa çatdıqdan sonra veriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR