Azərbaycanlı hakimi nokdaun etdi – VİDEO

6-11-2015, 15:09 948 dəfə baxılıb

Azərbaycanlı hakimi nokdaun etdi – VİDEO

















O, qırmızı vərəqə alıb

Rusiyanın çempionlar liqasında “Qərbi Sibir” divizionunda Noyabrskın “Viraj” komandası üçün oynayan Azərbaycanın mini futbol üzrə yığmasının sabiq oyunçusu Sərxan Mikayılov birinci turun “Kurqan” ilə keçirilən matçında hakimi vurub.

Matç oktyabrın 31-də baş tutub və 6:1 hesabı ilə ev sahibinin qələbəsi ilə başa çatıb.

Mikayılov oyun epizodlarının birindən sonra cərimə zərbəsi təyin edən hakimi vurub.

Azərbaycanlı futbolçu rəqib ilə top uğrunda mübarizədə iki dəfə yıxılıb, amma hakim Mikayılovun özünün qaydaları pozduğunu qərara alıb. Belə qərara qəzəblənən “Viraj” oyunçusu topu hakimin üzünə çırpıb, bunun üçün də qırmızı vərəqə alıb.

Meydandan qovulduqdan sonra Mikayılov hakimin üzünə yumruqla vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR