Beyləqanda mədəniyyət evinə qoyunlar gedir – Foto/Faktlar

9-11-2015, 13:41 1106 dəfə baxılıb

Beyləqanda mədəniyyət evinə qoyunlar gedir – Foto/Faktlar



















Beyləqanın Şahsevən kəndində mədəniyyət evinə artıq qoyunlar gedir. Bu tragikomik faktı əks etdirən foto sosial şəbəkələrdə yayımlanıb

Kənd mədəniyyət mərkəzinin qabağında olan qoyun sürüsü binaya daxil olmağa hazırlaşır.

Bu isə rayonda mədəniyyətə olan münasibətin ali göstəricisidir. Beyləqan rəhbərliyi nəinki rayondakı mədəniyyət ocağının qeydinə qalır, kəndlərdəki vəziyyətlə ümumiyyətlə, maraqlanmır.

Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyevin isə başı dövlət pullarını mənimsəməyə qarışıb. Şöbənin baş mühasibi Məhəmməd Həsənov maliyyə maxinasiyalarında əsas fiqur hesab olunur.

İddialara görə, şöbə müdiri Nazim Mirzəyev baş mühasib Məhəmməd Həsənovla birləşərək dövlətin yüz min manatlarla vəsaitini müxtəlif işlərin görülməsi adı altında "siliblər".

Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus "Elmir-Murad" MMC-nin kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsaitlər ayıraraq onların böyük qismini "silib". Bu il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus "Elmir-Murad" müəssisəsinə verilib.

Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri"nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib".

Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 19 mədəniyyət evi, 17 kənd klubu, 1 şəhər, 35 kənd kitabxanası, 1 musiqi məktəbi, 2 muzey, 2 mərkəz fəaliyyət göstərir və şöbədə 370-dən artıq işçi çalışmaqdadır.

Çalışan işçilərin əksəriyyətinin adı isə klublarda, kitabxanalarda, mədəniyyət evlərində işçi kimi sənədlərdə yazılıb. Daxil olan məlumatlarda iddia edilir ki, Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində 50-ə yaxın adı olub özü olmayan işçilər mövcuddur və şöbə müdiri ilə baş mühasib hər ay ölü işçilərin maaşlarını məhz özləri əldə edirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR