Murad Boz məşhur aktrisanın qızı ilə sevgili oldu

5-03-2020, 12:06 230 dəfə baxılıb

Murad Boz məşhur aktrisanın qızı ilə sevgili oldu

Aslı Enverdən ayrıldıqdan sonra Murad Bozun Defne Samyelinin qızı Deren Talu ilə görüşməyə başladığı deyilir.

Türkiyə mətbuatı xəbər verir ki, müğənni bu yaxınlarda dostu Efe Kesgünün doğum günü ziyafətində Deren Talu ilə tanış olub. İddia olunur ki, doğum günündə Murad Boz və Deren Talu səmimi görüntüləri ilə diqqət çəkib.

Gecəni anası Defne Samyeli ilə birlikdə tərk edən Deren Talu aktrisa olmaq niyyətindədir. 23 yaşlı Talu yaxın vaxtlarda yeni filmi ilə tamaşaçıların görüşünə gələcək.

Məlumat üçün bildirək ki, Deren Talunun adı bir müddət türkiyəli milyarder oğlu Kerim Sabancı ilə hallanırdı. Bir neçə həftə sevgili olan cütlüyün ayrıldığı məlum olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR