Günay Brilliantla küsülülüyündən danışdı - FOTO

2-05-2020, 14:01 255 dəfə baxılıb

Günay Brilliantla küsülülüyündən danışdı - FOTO


“Sənət yoldaşlarımla münasibətlərim yaxşıdır. Söz-söhbət yayılıb ki, guya Brilliant Dadaşova ilə incikliyim var. Bu, əsla belə deyil”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi son günlər saytların manşet xəbərinə çevrilən “Xalq artisti Brilliant Dadaşova ilə küsülüdürlər” iddialarını yalanlayaraq, bunların dedi-qodu olduğunu diqqətə çatdırıb:



“Brilliant xanımla münasibətlərimiz yaxşıdır. Bir neçə gün əvvəl karantinlə əlaqədar dövlət tərəfindən sənətçilərin iştirakı ilə videoçarx lentə alınıb. Orada Xalq artistləri var idi. Bu xəbərlər orada çəkilən kadrlardan sonra yayıldı. Bəzi insanlar yenə də əsası olmayan şayiələr yayırlar ki, guya biz küsülüyük. Amma belə deyil. Biz birlikdə gedib səsyazma studiyasında mahnı yazdırdıq. Tezliklə bütün telekanallarda həmin klip yayımlanacaq”.

Qeyd edək ki, Yeni il çəkilişlərinin birində Xalq artisti Brilliant Dadaşova həmkarları ilə birlikdə foto çəkdirərək, sosial media hesabında yayımlamışdı. O, fotoda yer alan müğənni Günay İbrahimlinin üzünü bağlamışdı. Beləcə, B.Dadaşova G.İbrahimli ilə aralarında soyuq küləklərin əsdiyinə işarə vurmuşdu.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR