"3 ay efirə çıxan qızın 10 sponsoru var"

12-06-2020, 16:02 244 dəfə baxılıb

Xalq artisti Nisə Qasımova açıqlaması ilə müzakirələrə səbəb olub.
Müğənni "Bakı vaxtı ilə" proqramında qonaq olarkən illər əvvəl yaşadıqlarından söz açıb. O bildirib ki, sənətdə onun yolunu çox kəsiblər:
"Səhnəyə ilk gələndə Bakı bir-birinə dəydi: sarışın qız muğam, təsnif oxuyur. Psixoloji çaxnaşma var idi. Biri dedi, anası ukrayınlıdır, biri dedi almandır. Göylərdə uçan vaxt məni məhv etdilər. O qədər vurdular ki, məni... Utanıram ki, bu yaşda uşaq kimiyəm. Böyümədim... (kövrəlir) Dekabrda dedim ki, mən də küçəyə çıxmaq, insan içində gəzmək istəyirəm. "Tarqovu" deyilən yerdə ürəklə gəzdim".
Qasımova hazırda iş adamlarının gənc ifaçılara daha çox sponsorluq etməyə can atdıqlarını söyləyib:
"Hər şeyi gizlətməkdən bezdim. Bir məmurla söhbət edirsən ki, verəcəyin konsertin sponsoru olsun, amma başlayır bəhanələr gətirir. Ancaq 3-4 ay efirə çıxan müğənni konsert verir və ona nə qədər sponsor gəlir. Bir gün efirdə anons gedir 10 sponsoru çıxır. ya bunların prodüserləri güclüdür, ya da onlar məndən ağıllıdırlar. Mənim kimi təcrübəli müğənnilər kənarda qalıb. Konsertin texniki tərəflərini həll etmək üçün ən azından sponsora ehtiyacım var".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR