Azərbaycanlı qadın müğənni mərcdə xeyli pul uduzub: Gözünü çıxardacam

23-06-2020, 12:05 234 dəfə baxılıb

"O nədir ki, Teymur müəllimə uduzmusan, camaatın pulunu verməmisən?".

Bu sualla Zaur Kamal "5/5"də Əməkdar artist Nüşabə Ələsgərliyə müraciə edib.

Müğənni aparıcının sözlərini təsdiq edib:

"Bəli, Teymur Əmraha mənim borcum var. Onunla bir balaca mərc çəkişmişik, uduzmuşam".



Zaurun "Neçə manat borcun var?" sualına müğənni əsəbiləşib:

"Onun neçəsini neynirsən sən? Pulunu verəcəm".

Nüşabə Teymur Əmrahla nə mərc etdiklərini də efirdə açıqlayıb:

"Rəhmətlik bir gözəl sənətkarımız var idi. Mən dedim ki, o, Xalq artisti olmuşdu, o isə dedi ki, yox, elə Əməkdar artist kimi rəhmətə gedib. Söhbət gözəl sənətkar Yaşar Səfərovdan gedir".



Zaur uduzduğu məbləği açıqlamayan Nüşabənin Teymur Əmraha min manat verəcəyini efirdə açıqlayıb. Nüşabə Zaurun bu açıqlamasına "Teymur Əmrah, sənin gözünü çıxardacam. Gərək efirə zəng edib deyəsən?" sözləri ilə reaksiya verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR