Neftçalada sürücü 10 yaşlı qızı öldürdü

25-11-2015, 13:19 960 dəfə baxılıb

Neftçalada sürücü 10 yaşlı qızı öldürdü


















Dabil Mustafayev tutulub

Neftçalada yol nəqliyyat hadisəsi törədən sürücü tutulub.

Baş Prokurorluqdan daxil olan məlumata görə, noyabrın 24-də, saat 14:30 radələrində Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus “VAZ-1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR