"Niyam Salami "Range-Rover" sürə-sürə qışqırır ki, kirayə pulunu verə bilmirik"

5-08-2020, 21:19 360 dəfə baxılıb

"Niyam Salami "Range-Rover" sürə-sürə qışqırır ki, kirayə pulunu verə bilmirik"

Jurnalist Vüsal Məmmədov müğənni Niyam Səlaminin imkansızlıqdan şikayətlənməsinə münasibət bildirib.
''Ölkə.Az'' xəbər verir ki, jurnalist Niyam Səlaminin videosuna fikir bildirərək onu tənqid edib.
“Bu manıs tayfası nə qədər nankor olurmuş. Niyam Salami "Range-Rover" sürə-sürə qışqırır ki, "Qarabağ müharibəsinin getdiyi, qara çörək tapa bilmədiyimiz vaxtlar bundan yaxşı idi. İndi kirayə pulunu verə bilmirik". Vicdansız, altındakı maşından utan heç olmasa. İndi nə olub, bir az çətinə düşən kimi özünüzü yırtırsınız?! Altındakı maşını satıb, mənimkindən birini alsan, yerdə qalan pula bundan sonra 3 il işləməsən də, dolana bilərsən. Çətin dövrdür, bir-birimizə və dövlətə həyan olub, adlamalıyıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR