Zaqatalada ər arvadını gülləyəndən sonra özünü bıçaqladı

29-11-2015, 12:01 884 dəfə baxılıb

Zaqatalada ər arvadını gülləyəndən sonra özünü bıçaqladı

















Faktla bağlı araşdırma aparılır

Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqlayaraq öldürüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR