Pamela Anderson cangüdəni ilə sevgilidir

7-09-2020, 00:17 335 dəfə baxılıb

53 yaşlı aktrisa Pamela Anderson həyatının son iki ilində yaşadığı xoşagəlməz hadisələrə görə depressiyaya düşmüşdü.

Fransız futbolçu ilə yaşadığı qalmaqallı sevgidən və iki həftə evli qaldığı rejissordan ayrıldıqdan sonra ağır günlər yaşayıb.

Bu günlərdə Pamela yeni eşqə düşüb. O, 40 yaşlı cangüdəni ilə sevgilidir. Cütlüyün bu günlərdə birlikdə karantində qaldığı iddia olunub.

Hazırda cütlük Kanadaya istirahətə yollanıb. Bir dəqiqə belə ayrılmayan sevgililər. "Nəhayət Pamelanın yanında onun qədrini biləcək əsl kişi var. Onunla necə davranacağını bilir. Anderson xoşbəxtdir" deyə, mənbə bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR