"Sənət ucuzlaşdı"

17-09-2020, 14:32 210 dəfə baxılıb

"1990-cı illərdə klip marketinq idi. Mahnı yazılırdı ki, stationa tamaşaçı toplansın. Qazanc yeri konsert düşünülürdü. Fərqli musiqi yazılırdı. Tələbat idarə edirdi".

Bu sözləri rejissor Aqil M.Quliyev "10-da görüşək" proqramında deyib. O, şou-biznesdə baş verən uğursuzluqlardan danışıb. Rejissor bildirib ki, indi müğənnilər toy bazarına işləyir:

"İndi vəziyyət dəyişib, başqa tələbat meydana gəlib. Toy bazarı əmələ gəldi. Bağırdım ki, zövqlər dəyişəcək. İnsan gəlib çörək yeyib nəsə dinləyirsə, bu, vərdişdir. 20 ildir biz çörək yeyib mahnıya qulaq asırıq. Sənət ucuzlaşdı.

Klip musiqidən başlayır. Hər bir uğurlu klipin sirri ilk bənddən asılıdır. O yoxdursa, rejissor nə qədər texnikadan istifadə etsə də, olmayacaq. Təhsili olan rejissor üçün mahnı musiqi və mətndir. Rejissor üçün bu nədir? İnsan hansı vəziyyətdə bu mətni bədahətən deyə bilər? Mən hər zaman təklif gələndə mahnıya elə yanaşırdım. Hərdən imtina edirdim. Çünki mətnlə musiqi düz gəlmirdi.

Nə qədər bizdə böyük musiqi şirkətləri yoxdur, müğənni özü klipinə ideya verəcək. çünki pula cavabdeh özüdür. Artıq dünyada başqa hadisələr baş verir".

Aqil lentə aldığı ən bahalı klipin adını açıqlayıb. O bildirib ki, ən bahalı klipi Əməkdar artist Abbas Bağırova çəkib:

"Abbasın "Sarı gəlin" klipi 30 minə başa gəldi. Abbas dedi ki, bu qədər pul var. İşi yarıyolda qoymaq istəmədik, sona kimi getdik. dedim ki, qal bizimlə artıq işlə. Abbas da qaldı, bütün komandanı da saxladı və gözəl iş ərsəyə gətirdik. Klip 2008-ci ildə çəkilib".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR