Bütün talışlar Azərbaycanı erməni işğalçılardan azad etmək niyyətində həmrəydir

6-10-2020, 23:52 255 dəfə baxılıb

Bütün talışlar Azərbaycanı erməni işğalçılardan azad etmək niyyətində həmrəydir.

Bunu Trend-ə Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov deyib.

O bildirib ki, erməni yalançılar və onların əlaltıları sosial şəbəkələrdə bizim birliyimizə zərər vurmaq təxribatçı kampaniya aparır:

"Qoy bütün yaramazlar, siçan kimi öz yuvalarında gizlənənlər eşitsin ki, Azərbaycanın birliyini heç nə poza bilməz! Ermənistanda yalnız ermənilər yaşayır, monoetnik ölkədir, amma bizim dövlətimiz çoxmillətlidir. Azərbaycan tarixən tolerantlığı və multilkulturalizmi ilə seçilib. Bunu mən, Azərbaycanın əsasən talışların yaşadığı cənub regionunun sakini, deyirəm. Mənim talış dilində mahnılarım azərbaycanlılar arasında daha çox sevilir. Bu gün biz hamımız qardaş kimi, erməni təcavüzkarlarına qarşı döyüşürük. Mənim qohumum Nəsib Tağıyev Azərbaycan uğrunda şəhid olub. Biz hamımız milliyyətindən və dinindən asılı olmayaraq bu ölkənin vətəndaşlarıyıq, işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlarından azad edilməsi üçün döyüşmüşük və döyüşəcəyik. Bizi böyük qələbə yolundan heç nə döndərə bilməz!"

Müğənni bildirib ki, o, Azərbaycan Ordusu ilə və onun uğurlu əks-hücum əməliyyatı ilə fəxr edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR