“Atam vətəni qorumağa anamın məzarından başlayıb”

20-10-2020, 13:07 281 dəfə baxılıb

Aktyor Kənan Yusifov şəhid atası komandir Elxan Bayandur oğlu Yusifov barədə sosial mediada paylaşım edib.

Bu zamana qədər sənətçi atasının şəhid olması barədə heç bir məlumat paylaşmayıb. O, sosial mediada aşağıdakıları qeyd edib:

"Bu kişi mənim atamdır. Füzuli və Qarabağ uğrunda qəhrəmanlıqla döyüşüb, şəhid olan, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunan şəhid komandir Elxan Yusifov. İndiyə qədər bəzən paylaşmağa, bölüşməyə bir az çətinlik çəkmişəm. Həmişə fikirləşmişəm ki, bu yanlış anlaşılar ona, onun ruhuna hörmətsizlik eləmiş olaram. Ancaq bu gün uğrunda şəhid olduğu torpağın azad edildiyi xəbərini ona çatdırmağa gəldim və qərar verdim ki, siz də bilməlisiz - mən bax belə bir kişinin övladıyam.

Mənim anamın da məzarı Füzulidə, kəndimiz Cuvarlıdadır. Atam elə vətəni qorumağa da anamın məzarından başlayıb. Anamın məzarı, anama olan sevgisi də atam üçün bir vətən olub. Sizə qəribə gələ bilər, amma içimdə elə bir hiss var ki, elə bil atamın məzarına gəlib sonra heç vaxt görmədiyim anamın məzarına getsəm, onları qovuşdurmuş olacam. Ruhun şad olsun komandir!"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR