“Ermənistan sülhə razılaşmadısa, başına gələn bəlalardan da şikayət etməməlidir...”

25-10-2020, 22:34 171 dəfə baxılıb

“Qarabağ uğrunda apardığınız müharibə haqlıdır. Əlbəttə ki, bu torpaqlar sizin əzəli torpaqlarınızdır, sizin də olacaq. Ermənilərin bu torpaqlarda nə işi var axı?”

Bu sözləri Moderator.az-a Türkiyənin tanınmış aktyoru Hüseyn Avnı Danyal deyib. Ünlü sənətçi həmçinin Azərbaycana dəstəyini bildirmək üçün instaqram səhifəsində post da paylaşıb:

“Paylaşımdan sonra gördüm ki, bir çox azərbaycanlı mənə təşəkkür etdi. Azərbaycanda 3 dəfə olmuşam, hər səfərim də izdiham dolu keçib. Azərbaycan bizim qanımız, canımızdır. Mən sülhün tərəfdarıyam və bildiyim qədərilə siz Ermənistandan dəfələrlə sülh yolu ilə torpaqların qaytarılmasını tələb etmisiz, amma onlar razılaşmayıblar. Razılaşmadınsa demək ki, başına gələnlərdən də şikayətçi olmamalısan” - deyə aktyor bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR