Nailə Mirməmmədlinin acı taleyi: O, kimi ittiham etmişdi?

5-01-2021, 10:44 182 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, dünən əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.


Kult.az Nailə Mirməmmədli haqqında bəzi faktları təqdim edir:


Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 14 yaşlı oğlu dənizdə boğulub. Bəstəkar 2007-ci ildə daha iki böyük itki yaşayıb: həyat yoldaşı Hikmət Mirməmmədli və anası vəfat edib. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib.


Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı. O, müsahibələrinin birində deyib:


“Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı”.


Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini bildirib:


“Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlum itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər”.


N.Məmmədli oğluna görə bir zamanlar çox ağladığını, lakin şəhid anasının sözlərindən sonra bu hərəkətinə görə utandığını açıqlayıb:


“Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım”.


Bəstəkar müxtəlif məbləğlər qarşılığında mahnılarını satdığını, hətta bir dəfə səsi olmayan müğənniyə 18 min manat qarşılığında mahnı verdiyini bildirib:


“Əlvida” mahnısını on səkkiz minə satmışdım. Qızın adı ya Sevil, ya da Sevinc idi. Bərbad gündə oxuyurdu. Qıza dedim, ya mənə iyirmi min pul verirsən, mahnı yazım. Qız dedi ki, niyə iyirmi min? Dedim, o mənim dərman pulumdur. Çünki mən hər dəfə sənə qulaq asanda dərman atacağam, səndən yaxşı oxuyuram. Çıxartdı on səkkiz min verdi”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR