Corc Kluni və Culiya Roberts eyni filmdə yer alacaqlar

2-03-2021, 13:06 161 dəfə baxılıb

Corc Kluni və Culiya Roberts eyni filmdə yer alacaqlarHollivud aktyorları Corc Kluni və Culiya Roberts daha bir filmdə tərəf-müqabili olacaqlar.

Bu barədə "Deadline” xəbər yayıb.

"Ticket to paradise” filmində onlar "25 il əvvəl özlərinin buraxdığı səhvi qızlarının təkrarlamaması üçün” Baliyə gedən boşanmış cütlüyü canlandıracaqlar.

Çəkilişlərin bu il başlaması planlaşdırılır.

Romantik komediyanın rejissoru "Imagine Me&You”, "Now Is Good” filmlərini və "Mamma Mia 2” myuziklini çəkən Ol Parker olacaq.

Kluni və Roberts həmçinin layihənin prodüserləri olacaqlar. Bu işdə onlara Tim Bevan və Erik Fellner kömək edəcək.

Qeyd edək ki, aktyorlar bundan əvvəl "Ocean's 11”, "Ocean's 12” və "Financial Monster” filmlərində birlikdə oynayıblar.

Həmçinin Kluni Robertsin baş rolda olduğu "August: Osage County” filminin prodüseri olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR