Nura Surinin ad günü hədiyyəsi - VİDEO

16-04-2021, 00:22 164 dəfə baxılıb

Nura Surinin ad günü hədiyyəsi - VİDEOMüğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib.

Sənətçi bir neçə ay öncə ifa etdiyi sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova aid "Hərdən bir” adlı mahnısını ekranlaşdırıb. Klipi rejissor Emin Muradov və Elimaxography birlikdə ərsəyə gətirib.

"Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda "Hərdən bir” yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun” deyə, Nura bildirib.

İfaçının fotolarını Telman Heybətov çəkib.





loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR