İcra başçısıdan evi yanan vətəndaşa hörmətsizlik

17-07-2015, 13:22 990 dəfə baxılıb

İcra başçısıdan evi yanan vətəndaşa hörmətsizlik
















Ceyhun Cəfərov: “Gedin, kənd camaatı pul yığıb evi tiksin”

Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov bir müddət əvvəl evi yanan müğənni Şəhriyar Məhərrəmovu otağından qovub. Azerinfo.az Milli.az-a istinadən xəbər verir ki, müğənninin atası, Yenikənd kənd orta məktəbinin müəllimi Tofiq Məhərrəmov bildirib ki, 7 nəfər ailə üzvünün yaşadığı qəzalı evi bir neçə gün əvvəl yanıb.

Ev yanmazdan qabaq qəzalı vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Heç bir tədbir görülməyib. Artıq həmin ev də yanaraq məhv olub. Düz 65 il öncə məhəllənin ən çökək yerində tikilən ev sırf diqqətsizliyin güdazına gedib.

Dünən də ailə üzvləri ilə basçı C.Cəfərovun qəbulunda olublar. Başçı bildirib ki, evin bərpası üçün ayıracaq vəsaiti yoxdur. “Gedin, kənd camaatı pul yığıb evi tiksin”. Sonra isə kobud şəkildə onları otağından qovub.

Rayon icra başçısı C.Cəfərovun köməkçisi Mirmahmud Mahmudov həmin ailənin qəbulda olmasını təsdiqləyib. “Onlara bildirildi ki, həmin ev sığortalı olmayıb. İllik 30 manat məbləğində sığorta olunmış ev olsaydı... İcra Hakimiyyətinin həmin evin təmiri üçün ayrılacaq vəsaiti yoxdur”.

M.Mahmudov həmin ailənin otaqdan qovulmasını isə yalan adlandırıb.

Qeyd edək ki, Ceyhun Cəfərov Kürdəmirdə heç də sağlam olmayan mühit yaratmayıb. İndiyə qədər onun hərəkətlərindən bezərək dünyasını dəyişən, intihara cəhd edən bir neçə məmurun da olduğu artıq mətbuatda işıqlandırılıb. Vətəndaşlara qarşı son davranışı isə özünəarxayınlığın və qanuna hörmətsizliyin əlaməti kimi diqqəti çəkməkdədir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR