“Bundan o tərəfi də olacaq” – Ayan yarıçılpaq fotosessiyasından danışdı – VİDEO

2-02-2016, 14:01 798 dəfə baxılıb

“Bundan o tərəfi də olacaq” – Ayan yarıçılpaq fotosessiyasından danışdı – VİDEO














“Səni yandıran nədir? Xoşun gəlmirsə, izləmə”

“O yaşım deyil ki, üzümü çəkdirim”

“Piy qatlarım olsaydı, o fotosessiyanı çəkdirməzdim”

“Tərbiyəsizcəsinə çılpaqlıq başqa şeydir”


Müğənni Ayan Babakişiyeva Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib.

Tanınmış ifaçı gündəm yaradan açıq-saçıq fotosessiyasından danışıb: “Açıq-saçıqlıq, sərhədi aşmaq, tərbiyəsizcəsinə çılpaqlıq başqa şeydir. Burada həddi aşmaq yoxdur. Əgər bədən quruluşumda hansısa qüsurlarım olsaydı, piy qatlarım olsaydı, deyərdim ki, vay-vay, mən niyə belə bir şey etdim ki?”.

Sevilən müğənni fotolarına görə onu tənqid edənlərə cavab verib: “Düşüncəsiz insanlar ağıllarına gələni yazırlar. Əşi, sənin nəyinə lazımdır? Xoşun gəlmirsə, izləmə, şərh yazma. Səni yandıran nədir? Yazırlar ki, biz sizdən gözləməzdik. Mən də normal müğənniyəm, nəsə kreativ bir iş görməliyəm. Məncə, uğurlu da alındı. O fotosessiya üçün Avropadan xüsusi güllər gətirildi. Bundan o tərəfi də olacaq, niyə də olmasın”.

İfaçı keçirdiyi burun əməliyyatından da danışıb: “Ümumiyyətlə, bütün komplekslərimdən uzaqlaşdım. Necə istəyirəm, foto çəkdirə bilirəm, rahat “selfi” də çəkirəm. Mənə deyirlər ki, sən başqa bir şey də eləmisən. Deyirəm, vallah, burundan başqa heç nə etdirməmişəm. Mənim o yaşım deyil ki, üzümü çəkdirim, ya da başqa bir şey eləyim”.

“Bundan o tərəfi də olacaq” – Ayan yarıçılpaq fotosessiyasından danışdı – VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR