Baş prokurora müraciət: "Bizə 100 min pul atıb"

25-07-2015, 11:58 1229 dəfə baxılıb

Baş prokurora müraciət: "Bizə 100 min pul atıb"


















Akif Muradverdiyevin köməkçisi vətəndaşlara 100 min pul atıb

Ağstafa rayonu "Həsənsu Şərab-konyak zavodu" MMC-nin direktoru Tofiq Hüseynovun əməlləri barədə Arqument.az-a müraciət daxil olub.

Müraciətin müəllifləri olan Nadir Həsənov, Sərdar Hətəmov və Telman Quliyev qeyd edirlər ki, biz 2013-cü ilin sentyabr ayının 12-16-da Tofiq Hüseynova 101 min manat ( 70+15 +16 ) pul vermişik: "Ancaq bugünədək pulumuzu ala bilmirik. Hər dəfə Tofiq Hüseynov bizi aldadıb ki, yaxın vaxtlarda pullarınızı qaytaracam. Biz məcbur olub 2014-cü ildə Xətai rayon prokurorluğuna müraciət etdik. Çünki pulu şahidlərin iştirakı ilə Xətai rayonu ərazisindəki "Nargilə” kafesində vermişik. Bizi prokurorluğun əməkdaşı Bəsti xanım qəbul elədi. Sonra bizim şikayəti 35-ci Polis Bölməsinə göndərdilər. Bölmədə hamımız izahat verdik. Tofiq Hüseynov pulu aldığını etiraf etdi. Bu zaman Tofiq Hüseynovun polis orqanlarında işləyən oğlu Ceyhun Hüseynov polis bölməsinə gələrək atasını zaminə götürdü və bölmə rəisi Cavidin yanında söz verdi ki, sizin pullarınızı mən özüm 1 ay müddətində qaytaracam. Lakin bugünədək bizim pullarımız qaytarılmayıb. Biz dəfələrlə Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etsək də hər dəfə bizim şikayətimiz Xətai rayon prokurorluğuna göndərilir. Tofiq Hüseynov isə bizə deyir ki, mən məsələni Xətai prokuroru ilə həll etmişəm. Biz özümüz də hiss edirik ki, hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxslər nəyə görəsə Tofiq Hüseynovu müdafiə edirlər. Hətta bugünədək Xətai prokurorluğu şahidlərdən izahat almayıb”.

Şikayətçilər sonda qeyd edirlər ki, Tofiq Hüseynov 2005-ci ildə dövlət çevrilişi ittihamı ilə həbs olunan Akif Miradverdiyevin köməkçisi kimi həbsdə olub. Sonradan necə azad olunması və şərab zavoduna sahib olması müəmmalıdır.

Şikayətçilər işə obyektiv baxılması üçün Baş prokuror Zakir Qaralovdan kömək istəyirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR