Ağdama ağ günlər yaşadan rəhbər

30-07-2015, 13:57 915 dəfə baxılıb

Ağdama ağ günlər yaşadan rəhbər















Ökə rəhbərinin son illər regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar və fərmanları dövlətimizin inkişafında xüsusi rol oynayır. Ağdamla bağlı verilən sərəncam da bu qəbildəndir. Amma təbii ki, hər bir sərəncamın uğurlu taleyi ilk növbədə bu sərəncamın icrası, bir qədər də konkret ifadə etsək yerlərdə prezidentin göstərişlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu mənada tam qətiyyətlə deyə bilərik ki, «Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı uğurla yerinə yetirilməkdədir. Bu da təsadüfi deyil. Çünki rayona Raqub Məmmədov kimi təcrübəli və ziyalı bir insan rəhbərlik edir.

Prezidentin etimadı

14 ay bundan əvvəl Prezident İlham Əliyev Ağdama yeni təyinat etdi. Dövlət başçımızın imzaladığı sərəncamla rayona icra başçısı təyin edilən Raqub Məmmədov qısa müddətdə ona göstərilən etimadı doğrultdu. Ən əsası isə icra başçısının gəlişi bütün Ağdamda bayram kimi qarşılandı. Çünki Raqub Məmmədov Ağdam torpağında doğulub, boya başa çatmış bir insan idi. İkincisi, o, bu torpaqların hər qarışına bələd olan insan kimi, onun problemlərinin də nədən ibarət olduğundan xəbərdardı. Üçüncüsü, Raqub Məmmədov bir hissəsi erməni işğalı altında olan rayon üçün həm döyüşmüş, həm də bu döyüşlərdə zəfərlər əldə edilməsi üçün əlindən gələn hər şeyi etmiş bir şəxsiyyətdir. Aydın məsələdir ki, Raqub Məmmədovun bunca xidmətləri qədirbilən Ağdam əhalisinin yaddaşından silinməyib. İnsanlar onun necə alicənab, humanist, işinin bilcisi olduğunun fərqindədirlər və bu səbəbdən də ona hər zaman dəstək verirlər.
İstənilən rəhbər şəxs üçün etimad və güvən ilkin şərtlərdəndir və bu uğurun açarı hesab olunur. Rayon əhalisinin sevgisi və etimadını qazanan rəhbər şəxslərin bir qayda olaraq uğur qazanması təbii qanunauyğunluq sayılmalıdır. Dövlətin,rayon əhalisinin güvən və etimadını qazanmış, qısa müddət ərzində fəaliyyəti ilə bunun heç də təsadüfi olmadığını təsdiqləmiş belə məmurlardan biri isə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovdur. Xatırladaq ki, Dövlət başçısı cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Məmmədov Raqub Allahverdi oğlu Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Prezidentin məlum sərəncamı həm də Ağdam rayonunun sosial-iqtisadi tərəqqisinə təkan vermək, islahatları bir qədər də dərinləşdirmək
məqsədi daşıyırdı. Bütün bu işlərin Ağdamda reallaşdırılması üçün məhz Raqub Məmmədovun
seçilməsi isə hər şeydən öncə ona göstərilən böyük etimadın, inamın təzahürü idi. Ötən müddət ərzində Raqub Məmmədovun sıravi Ağdamlılar tərəfindən müsbət xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi isə onun həm də rayon əhalisindən böyük dəstək aldığını düşünmək üçün əsaslar yaradır. Ümumiyyətlə isə insanlarda elə ilk baxışdan etibar hissi yaratmaq, rəhbər şəxs kimi professionallıq, işdən intizam və tələbkarlıq Raqub Məmmədov personasının başlıca fərqləndirici keyfiyyətlərindəndir. Onun reputasiyasının kifayət qədər təmiz olması isə rayon əhalisinin Raqub Məmmədova güvənini daha sarsılmaz edir. Elə bu səbəbdən də Prezidentin məlum sərəncamı hər bir ağdamlının böyük ruh yüksəkliyinə səbəb olmuşdur. İndiyə qədər fəaliyyət göstərdiyi bütün vəzifələrdə Raqub Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib. Xüsusi xidmət orqanlarındakı qüsursuz fəaliyyəti onun karyerasının parlaq mərhələsi kimi xatırlanmalıdır. Görünür, elə bu və digər nüansların nəzərə alınması Raqub Məmmədova Prezident səviyyəsində belə böyük bir etimadın göstərilməsinə səbəb olub. Hər halda etiraf edək ki, düşmənlə nəfəs-nəfəsə dayanmış Ağdam rayonuna rəhbərlik etmək kifayət qədər ciddi və məsuliyyətli bir işdir.

Hər bir ağdamlı ilə görüşən icra başçısı

Raqub Məmmədov Ağdama təyinat alan kimi rayonun işğal altında olmayan bütün kəndlərini qəsəbələrini, məcburi köçkün düşən sakinlərimizin məskunlaşdığı ərziləri bir-bir qarış qarış gəzdi. Sakinlərin dərdini, sərini, şikayətlərini öyrəndi, problemlərinə yardım edəcəyini dilə gətirdi. Söz olaraq yox, əməli qaydada verdiyi vədləri icra etməyə başladı.
Təyinatından iki ay keçməmiş Quzanlı qəsəbəsində görünməmiş abadlıq işləri başladı. Rayon kəndlərarası yolların asfaltlanması həyata keçirildi. İndi artıq Ağdam kəndarası yolları şüşə kimidir və istədiyimiz vaxt rahat şəkildə bu yollardan istifadə edə bilirik. Quzanlı, Xındırısat, Sarıcallı, İmaqulubəyli və digər kəndlərdə isə abadlıq işləri hələdə davam edir. Baş verən bu yeniliklərin səbəbkarı isə rayon icra başçısı Raqub Məmmədovdur. Çünki Ağdam bundan öncəki icra başçılaırnın zamanında belə yeniliklər görməmişdi, belə abadlıq işləri ilə rastlaşmamışdı. Görünən odur ki, Raqub Məmmədov cənab Prezident İlham Əliyevin etimadını canla başla doğruldaraq, anadan olduğu doğma rayonun inkşaf etdirməkdən yorulmur.
Bu bir ildə Ağdam kəndləri, qəsəbələri o qədər dəyişib ki, artıq rayona gələn qonaqlar bunu açıq aşkar etiraf edirlər.

Qapısı camaatın üzünə açıq olan məmur

Xatırladaq ki, Raqub Məmmədov zəngin idarəçilik təcrübəsinə malik olan icra başçılarındandır. Əslən Ağdam rayonundan olan Raqub Məmmədov bu rayonun problemlərinə hər kəsdən yaxşı bələddir. Bir qədər obrazlı ifadə etsək, onun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt icra başçısı ilə şəxsən görüşə, problemlərini açıq şəkildə ona deyə bilir.
Bu gün Quzanlıda, Xındırstanda, İmaqulubəylidə, Baharlıda, Səfərlidə, Əfətlidə və digər kəndlərdə quruculuq işləri davam etdirilir. Və ən maraqlısı İsə raqub Məmmədovun gün ərzində bir neçə dəfə bu işlərə baş çəkməsi və abadlıq işlərinə şəxsən nəzarət etməsidir. Görünən odur ki, kimlərinsə gözü kordur və vətəninə, millətinə, dövlətinə, rayonuna, camaatına sadiq olan, onalır sevən, istəyən, onlar üçün canla başla işləyən Raqub Məmmədovu görmürlər.
Eybi yox əsas odur ki, ölkə rəhbərliyi, ağdamlılar, rayonumuza gələn qonaqlar, vətəndaşlar bunları görür və qiymətləndirir.

Bədxahların arzusu həyata keçməyəcək

Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Bu baxımdan, baş verənlərin üzərindən sükutla keçmək, günəşi palçıqla örtməyin mümkünsüzlüyü həqiqətinə bir daha tapınmaq da olardı. Amma…
Bəzi kütləvi informasiya vasitələrində qərəz və şantaj dolu materialların bir birini əvəzlədiyini gördükcə susmağın həmişə qızıl olmadığına bir daha əmin olduq və oxuduğunuz məqalənin yaranması da məhz burdan qaynaqlandı. Görünür, kimlərsə Azərbaycan dövlətinin mətbuat üçün yaratdığı münbit şəraitdən sui-istifadə edərək, ağ yalanları tirajlamağı özlərinə peşə edib. Amma unudulmamalıdır ki, jurnalistika, ümumiyyətlə yaradıcılıq elə bir müqəddəs fəaliyyət sferasıdır ki, qələm yalnız böyük həqiqətlər, ideallar üçün işlənməlidi. Hansısa xırda maraqların təminatı, ucuz şou yaratmaq xəstəliyi müasir mediamızın “xərçənginə” çevrildiyindən bəlkə də bu sözlər indi yalnız təbəssüm doğurur. Fakt isə faktlığında qalır ki, “qələmini satanlar”ın hələ varlandığını görən olmayıb….
Mövzuya bir qədər uzaqdan gəlməyimizin xüsusi səbəbləri var. Son vaxtlar bir sıra media quruluşlarında Ağdam Rayon İcra Hakimiyyəti və onun başçısı Raqub Məmmədov haqqında həqiqət yükündən məhrum informasiyalar yer alır. Bəzən eyni dezinformasiyanı bir neçə cildə salaraq o qədər tirajlayırlar ki, elə buradan da məqsədin nə olduğu aşkarlanır. Təbii, biz də anlayır və qəbul edirik ki, mətbuat əsasən tənqid üzərində bərqərardır və tənqiddən məhrum olan media orta əsrlərin “qılıncsız cəngavərləri” kimi gülünc olardı. Amma bu əsas verirmi ki, heç bir fakt olmadan kimlərinsə ictimai nüfuzuna xələl gətirilməyə cəhd edilsin, ictimai rəy çaşdırılsın və s. Mətbuatın əsas vəzifələrindən biri də mövcud nöqsanları aşkaralayaraq ictimai müzakirəyə çıxarmaq və aşkarlanmış problemin həllinə töhfə verməkdir. Amma Ağdamla və Ağdam RİH başçısı Raqub Məmmədovla bağlı yazılarda biz nədənsə bu məqsədi görə bilmirik, ortada heç bir fakt yoxdu, sadəcə hansısa mülahizələrə əsaslanan quru söz yığınını ittihamnaməyə çevirib nəyəsə nail olmaq həvəsi var bu yazılarda… Necə danmaq olar ki, Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyin olunduğu qısa müddət ərzində rayon son illərin ən dinamik inkişaf dövrünü yaşayır… Tikinti quruculuq işləri geniş vüsət alıb, yağı düşmənlə nəfəs-nəfəsə dayanmış bu qəhrəman rayon həm döyüşür, həm də tikir – qurur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR