Masallı DSMF-də açıq bazar

10-08-2015, 14:19 1111 dəfə baxılıb

Masallı DSMF-də açıq bazar













Yeni təyin olunmuş sədr vəzifələri satışa çıxarıb

Dövlət Sosial Müdafi Fondunun (DSMF) Masallı rayon şöbəsində rəhbərlik dəyişildikdən sonra vəzifələr satışa çıxarılıb. Bu barədə redaksiyamıza rayondan məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Masallı DSMF-yə rəhbər təyin olunan Akif Əliyev işə çıxdığı ilk gün 7 işçisini vəzifəsindən uzaqlaşdırıb. Və bunu guya, DSMF rəhbərliyinin istədiyini bildirib. Lakin sonradan məlum olub ki, bütün bunlar hamısı qurulmuş oyundur və məqsəd vəzifələri sataraq, pul qazanmaq olub.

Redaksiyamıza verilən məlumata görə, hal hazırda Masallı DSMF-də müavin postu 30 min manata satışa çıxarılıb. Bundan başqa, mühasib və digər vəzifələrin də qiymətləri 3000 manatdan başlayır.

İşin ən ilginc tərəfi isə odur ki, Masallı DSMF-nin sədri həmin pulu özü üçün deyil, DSMF rəhbərliyi üçün istədiyini deyir. Guya, bu pulu ondan fondun rəhbərliyi tələb edir. Şübhəsiz ki, bu inandırıcı deyil. Çünki Masallıdan başqa heç bir rayon şöbəsinin rəhbərliyi belə bir iddiada bulunmayıb. Görünür, Akif Əliyev vəzifə satışını «leqallaşdırmaq» üçün günahı rəhbərliyin boynuna atmaq fikrinə düşüb.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR