"Çılpaq qız" davası bitdi

13-09-2016, 10:18 746 dəfə baxılıb

"Çılpaq qız" davası bitdi











Vladimir və Nadejda adlı əcnəbi cütlük 6 il əvvəl aktrisa Hülya Koçyiğit və Selim Soydanın evində köməkçi kimi işə başlamışdı

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa qızının köməkçilərin hovuza çılpaq girdiyini iddia etməsinin ardından, onları işdən qovub və məhkəməyə verib.

Köməkçilər də eyni zamanda məhkəməyə şikayət edərək, cütlüyün onları işdən qovmasının əsl səbəbini açıqlayaraq, təzminat istəyiblər. 500 dollara işləyən Vladimir və Nadejda maaşlarını artırmağı istədikləri üçün Hülyanın onları evdən qovduğunu deyib. Cütlük iş saatından çox çalışdıqlarını, amma bunun qarşılığının ödənilmədiyini bildirib.

Sonuncu məhkəmədə Nadejda və Vladimirin vəkili "Selim Soydanlə razılığa gəldik" deyib. Hər iki tərəf məhkəməyə ərizə verərək, geri addım atdıqlarını bildiriblər.

Selim cütlüyün alacağı məbləği çek formasında ödəyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR