Bərdədə icra başçısı insanlara divan tutdu-YARALANANLAR VAR

16-08-2015, 19:48 976 dəfə baxılıb

Bərdədə icra başçısı insanlara divan tutdu-YARALANANLAR VAR




















Azərbaycanda daha bir jurnalist döyülüb. Bu barədə хalqхeber.az saytının rəhbəri Peyman Sadıqov məlumat verib. Onun dediyinə görə xalqxeber.az-saytın əməkdaşı Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən İntiqam Türbəndəyev ağır bədən хəsarətləri alıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir

Qeyd edək ki, İlham Əliyevin tapşırığı nəticəsində Bərdə rayonunda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binası tikilib istifadəyə verilib. Lakin mənzillərin məcburi köçkünlərə verilməsində bir sıra problemlər ortaya çıxıb. Belə ki, icra hakimiyyətinin başçısı Vidadi İsayev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elman İsmayılovun mənzilləri məcburi köçkünlərə paylayarkən qanunsuzluqlara yol verməsi əhalini ayağa qaldırmağa vadar edib. Məcburi köçkünlər artıq bir aydan yuxarıdır ki, davamlı olaraq etiraz aksiyası keçirirlər.

Aksiyanın keçirilməsində isə səslənən şüar icra başçısının istefası və onlara veriləcək evlərin ədalətli şəkildə paylanmasıdır. Bu gün məcburi köçkünlər növbəti aksiya keçirmək qərarına gəliblər və icra hakimiyyətinə doğru yürüş başlanılıb. Polis zorakılığı ilə qarşılanan məcburi köçkünlər yüksək səslə etiraz şüarlarını səsləndirməyə başlayıblar. Lakin icra hakimiyyəti tərəfindən əraziyə heç bir rəsmi şəxs gəlməyib ki, dərdlərini onlara danışsınlar.

Aksiya iştirakçılarının ərazidən uzaqlaşmadığını görən Elman İsmayılov hadisə yerinə gəlib. Elman İsmayılovun yalan vədlərindən təngə gəldiklərini bildirən məcburi köçkünlər onun ərazidən uzaqlaşmasını və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən başqa bir rəsmi şəxsin gəlməsini tələb ediblər. Etirazçıların bu tələbini görən Elman İsmayılov dərhal polisin köməkliyi nəticəsində PPX maşını ilə ərazidən qaçıb.

Aksiyaya polis müdaxilə edərkən böyük qarşıdurma yaranıb və bu əsnada həbslər baş verməyə başlayıb. Hətta qarşıdurma zamanı yaralananlarda olub. Jurnalistin çəkiliş apardığını görən polis əməkdaşları ona qarşı zor tətbiq edərək PPX maşınına yerləşdirib, şöbəyə gətiriblər. Orada isə ona qarşı polis zorakılığı baş verib və bədən xəsarətləri yetirilib. 5 saat saxlandıqdan sonra jurnalist ağır bədən xəsarətləri ilə sərbəst buraxılıb.

Onu da qeyd edək ki, Bərdənin icra başçısı Vidadi İsayevdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR